Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan, əsası VI əsrin əvvəllərində qoyulan Şirvanşahlar dövlətinə məxsus Gülüstan qalası tariximizin hələ tam açılmayan möhtəşəm, həm də sirli xəzinələrindəndir. Qeyd edək ki, Gülüstan qalası Şamaxı şəhərindən 3 kilometr şimal-qərbdə, Böyük Xınıslı kəndindən 200 metr yüksəklikdə uca dağ zirvəsində yerləşir. Əlçatmaz yerdə tikilən qala öz möhtəşəmliyi və memarlıq üslubuna görə unikal bir abidədir. Şirvan-Abşeron memarlığı formasında inşa edilən qala divarları və bürclər yonulmuş əhəng daşından gəc məhlulu ilə tikilib. Qalaya çıxışın mümkün olduğu bütün yerlər keçilməz qala divarları ilə kəsilib.
Gülüstan əsrlər boyu Şirvan hökmdarlarının iqamətgahı olub və şahın xəzinəsi burada qorunub. Düşmən hücumları zamanı hökmdar və onun ailəsi də bu qalada müdafiə olunub. Azərbaycan hərb tarixində şanlı iz qoyan Gülüstan qalası əsrlər boyu düşmən hücumlarına mərdliklə sinə gərib. Əlbəttə, amansız müharibələr və dağıdıcı zəlzələlər bu yerdən də izsiz ötüşməyib. Lakin buna baxmayaraq, qalanın iki bürcü və qala divarlarının bir hissəsi zəmanəmizədək gəlib çatıb.
Mənbələrdə Gülüstan qalası haqqında ilkin məlumat VIII əsrə təsadüf edilir. Ərəb tarixçisi Təbərinin məlumatına görə, 733-734-cü illərdə Müslüm ibn Əbd əl-Məlik Şirvana hücum edərkən "Qaleyi Duxteran"ı (Qız qalası- Qeyd edək ki, yerli sakinlər Gülüstan qalasına Qız qalası da deyirlər) tutaraq dağıdıb. Şirvanşahlar tərəfindən bərpa edilən Gülüstan qalası 1123-cü ildə Səlcuq sultanı Mahmud (1118-1131-ci illər) tərəfindən yenidən dağıdılıb. Bir qədər sonra qala Şirvanşah II Məniçöhrün (1120-1149-cu illər) bacısı Şahbanu tərəfindən bərpa edilib.
XII əsr dahi Azərbaycan şairi Xaqani Şirvani qəzəllərinin birində Gülüstan qalasını Kəbə yaxınlığındakı Buqbeys dağına bənzədib. 1122-ci ildə monqollar Şamaxını tutarkən Şirvanşah ailə üzvləri ilə Gülüstan qalasında sığınacaq tapıb.
XV əsrdə Şirvana hücum edən səfəvi şeyxləri Cüneyd və Heydər Gülüstan qalasını tutmağa çalışsalar da, buna nail ola bilməyiblər.
1500-cü ildə Şamaxını tutan I İsmayıl Gülüstan qalasına uğursuz hücumdan sonra əlacsızlıqdan üzünü sərkərdələrinə tutaraq deyib: "Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan?".
1537-ci ildə I Təhmasib Şirvana hücum edərkən Şirvanşah Şahrux əvvəl Gülüstan, sonra isə Buqurt qalasına çəkilib. Bir il sonra səfəvilər Buqurt qalasını tutaraq Şirvanşah Şahruxu əsir alıb və Şirvanşahlar dövlətinin varlığına son qoyublar. Buqurt qalasının işğalından sonra səfəvilər Gülüstan qalasını tutaraq dağıdıblar. Səfəvi-Osmanlı müharibələri dövründə Osmanlılar tərəfindən zəbt edilən Gülüstan qalası qismən bərpa edilsə də, XVII əsrin əvvəllərində I Abbas tərəfindən tamamilə dağıdılıb.
Gülüstan qalasının arxeoloji baxımdan tədqiqi XX əsrin 30-cu illərindən başlanıb. 1938-ci ildə professor Y.A.Paxomov burada kəşfiyyat işləri aparıb və qalanın su təchizatı, müdafiə sistemi, gizli yolları haqqında maraqlı mülahizələr irəli sürüb.
1967-ci ildə arxeoloq H.Ciddi Gülüstan qalasının Narınqala hissəsində arxeoloji tədqiqat işləri apararkən dörd otaq və dəhlizın divarlarını üzə çıxarıb. Qazıntılar zamanı XII əsrə aid maddi-mədəniyyət nümunələri: Şirli qablar, saxsı qablar, çıraqlar, ox və nizə ucluqları, əmək alətləri aşkar edilib.
2010-cu ildən başlayaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Gülüstan qalasında arxeoloji tədqiqatlara başlayıb. Tədqiqat zamanı İlk Orta və Orta əsrlərə aid müxtəlif təyinatlı tikililərin qalıqları, çoxlu sayda müxtəlif ölçülü şirli və şirsiz qab fraqmentləri, yerli və xarici ölkə istehsalı olan saxsı qablar və kaşılar, şüşə və pastadan hazırlanan muncuqlar, şüşə qolbaqlar, əmək alətləri və silah nümunələri, su xətti, daş kitabə, gümüş və mis sikkələr, insan skeleti, heyvan sümükləri aşkara çıxarılıb. Gülüstan qalasından ən qədim tapıntılar IV əsrə aid Bizans imperatoru I Konstantinin mis sikkələridir.
Qeyd edək ki, Gülüstan qalası arxeoloji turizm baxımından böyük potensiala malikdir.





- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib