XƏBƏRLƏR
MƏLUMAT
Tarix Muzeyində Azıx mağarasından tapılan alt çənə sümüyü qorunur
ÜMÜMİ XƏBƏRLƏR
17/02/2021 04:23

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda Qarabağda, Xocavənd rayonundakı Azıx mağarasından tapılan alt çənə sümüyü qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, 1968-ci ilin iyununda məşhur arxeoloq, professor Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar edib. Çənə sümüyü qalın, dişləri isə xırdadır. Paleoantropoloji tədqiqat zamanı professor Dəmir Hacıyev onların 18-22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirib. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və Heydelberq adamına uyğun gəlsə də, eyni zamanda, Neandertala yaxındır. Azıxantrop ilk paleoantropa keçid mərhələsidir. Təqribən 350-400 min il əvvəl yaşayan Azıxantrop dünyanın ən qədim insan qalıqlarından hesab olunur.

Baxış sayı: 469