XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/02/2026 10:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində tanınmış xanəndə, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının pedaqoqu Cabir Abdullayev ilə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid anaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tanınmış xanəndənin həyat və yaradıcılığı haqqında məlumat verilib. O, öz çıxışında Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib, muğamlarımızdan, xalq mahnı və təsniflərimizdən danışıb və ona ünvanlanan sualları cavablandırıb.

Tədbirdə sənətkar və onun tələbələri maraqlı ifalarla çıxış ediblər.

Baxış sayı: 23