XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır” rubrikasında Fazil Mehdiyev
ÜMÜMİ XƏBƏRLƏR
20/08/2021 01:44

Milli Qəhrəman Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olub. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçüb. 1983-cü ildə məktəbi burada bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edib. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılıb. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidilib. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdıb.

Fazil 1991-ciilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil verib. 

1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı (Gülablı) kəndinə hücum ediblər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsib. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tutublar və Fazil budöyüşdə faciəli surətdə həlak olub.

Baxış sayı: 147