XƏBƏRLƏR
MƏLUMAT
Qaysının faydaları
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2021 06:04

Qaysı çəyirdəyi çıxarılmış ərik qurusu sayılır.

Qaysını hazılamaq üçün ərik yuyulur, çəyirdəyi çıxarılır, çox da qaynar olmayan günəş şüaları altında 7-8 gün ərzində qurudulur. 1 kiloqram qaysı əldə etmək üçün 4-5 kiloqram ərik lazım olur. 100 qram əriyin tərkibində

- 215 kkal kalori

- 5,2 qram zülal

- 0,3 qram yağ

- 51 qram karbohidrat var.

Qaysını qiymətli edən onun tərkibindəki mikroelementlərin çoxluğu hesab edilir. Əriyin tərkibində vitamin az olur, amma mikroelementlərin sayı çox hesab olunur. Əriyin tərkibində kalium, maqnezium, kalsium, dəmir və fosfor var. Qaysının tərkibində, təzə əriyin tərkibindəkindən daha çox faydalı elementlər var. Qaysının tərkibi təbii turşular və pektin maddəsi ilə zəngin olur, hansı ki, bu maddələr orqanizmdən ağır metalları xaric etmək qabiliyyətinə malik olur.

Gündəlik rasionda qidalara və salatlara qaysı əlavə olunarsa orqanizmdə anemiya, görmənin zəifləməsi, ürək xəstəlikləri, əzələlərdə baş verən qıcolmalar aradan qalxar. Qaysı qanda hemoqlobilinin miqdarını artırır.

Baxış sayı: 2134