Yulaf yarması, buterbrodlar, qəhvə. Bunları yaddan çıxarın! Xarici ölkələrə səfərləriniz zamanı müxtəlif ölkələrin səhər yeməkləri barədə bilikləriniz sizə lazım ola bilər. Hansı ölkədə səhərlər süfrəyə “baba qanuş” verilir, səhər yeməyində bar nəyə lazımdır və “kayseki” səhər yeməyi nə deməkdir? AZƏRTAC “ria.ru” saytına istinadla bu kimi suallara cavabı oxucularla bölüşür.
İtaliya. Demək olar ki, səhər yeməyi olmadan: qəhvə, qəzet, bar masası
İtaliyada səhər yeməyində qəhvəni kruassanla (kornetto) içmək qəbul edilib. Adama elə gəlir ki, burada qeyri-adi heç nə yoxdur. Lakin burada əsas ab-havadır.
“İtalyanlar səhər yeməyini barda yeyirlər. Bu zaman onlar səhər qəzetlərini gözdən keçirir, orada yemək yeyən tanışları ilə ünsiyyət qururlar. Oradakı barlar çox vaxt digər ölkələrdəki ilə müqayisədə daha sadə olur: yalnız bar masası. Lakin bir neçə evə yetəcək bar masası demək olar ki, hər evin qarşısında yerləşir. Əsl İtaliya məhz oradadır”, - deyə İtaliyanın turizm üzrə milli agentliyində bildiriblər.
Otellərdə ənənəvi italyan səhər yeməyi təklif olunur. Buraya, bir qayda olaraq, müxtəlif cür çörək məhsulları (o cümlədən əlbəttə ki, kruassan, hətta kəpəklisi belə), tostlar, vetçina, pendir, yağ, şirələr, qəhvə daxildir.
Ənənəvi yapon səhər yeməyinə düyü, “tamaqo-yaki” (soya sousu ilə rulet şəklində bükülmüş omlet), miso-şorba, marinadlaşdırılmış tərəvəz və “natto” – qıcqırdılmış soya paxlasından olan xörək aid edilir. Təcrübəli səyyahların sözlərinə görə, paxlanın dadı olduqca spesifikdir, bu səbəbdən də əcnəbilərin heç də hamısı onu qəbul etmir. “Dadı şortəhərdir, ətri isə ammonyaka bənzəyir” – nattonu reseptlərdə belə təsvir edirlər.
Əgər turist rökanda - klassik yapon mehmanxanasında qalıbsa, o zaman “kayseki röriyə” - qeyri-adi və çox dadlı səhər yeməyinə və ya nahara hazır olmalıdır. Bu ənənəvi yemək yüksək səviyyəli yapon mətbəxidir. Axşam yeməyində azı 7 cür yemək təklif edilir. Ənənəvi olaraq isə bu yeməklərin sayı 12-dən daha çox olur. Yaxşı rökanlarda “kayseki röri” tərkibində azı 3 cür xörəklə təqdim edilən səhər yeməyidir. Bu yeməklərin hazırlanması və süfrəyə verilməsi əsl incəsənət, yapon mətbəxinin əsas mahiyyətidir: şorbadan (“itidzü”), qəlyanaltıdan (“sansay”) tutmuş susi, sasimi, mövsümi balıq, tərəvəz və desertədək. Düyü mütləqdir.
Norveç. Sadəcə buterbrod deyil, habelə pendir, vafli və çoxlu balıq
“Norveç səhər yeməyində ilk baxışda qeyri-adi heç nə yoxdur. Lakin bu, belə deyil. Məsələn, Norveç dilində buterbrodu hazırlamaq üçün çörəyin arasına qoyulan ərzaqlar bir sözlə - poleqlə (pålegg) ifadə olunur”, - deyə Norveçin turizm üzrə şurasının direktoru Olqa Filippenko bildirir. Poleq qismində bir çoxları qəhvəyi bryunust pendirini seçirlər. Şirintəhər dada malik (bəziləri bu pendiri şortəhər bişmiş qatılaşdırılmış süd ilə müqayisə edirlər) pendir süd qarışığının (inək, qoyun və ya keçi südü), qaymaq və zərdabın buxara verilməsindən alınır. Məşhur Norveç pendiri təzə bişən vafli ilə çox uyğun gəlir. Yəqin ki, heç bir norveçli belə səhər yeməyindən imtina etməz.
Oteldə səhər yeməyi qonaqları məyus etməyəcək. Bir çoxları Norveçi dəniz və balıqsız təsəvvür etmirlər. Bu səbəbdən də müxtəlif souslarda siyənəyin bir neçə növü, hisə verilmiş skumbriya, təzə qızılbalıq dilimləri və moyva balığının kürüsü səhər süfrəsinin əvəzolunmaz yeməkləridir.
Hindistan. Çayla süd də ədvalı və acıdır.Hindistanda adətən səhər yeməyi içərisində kiçik fincanların – katorilərin qoyulduğu böyük qabda, yaxud məcməyidə verilir. Bu, “dal makhani” (“dal” ilə hazırlanan ədviyyatlı yemək), “poha” (düyüdən hazırlanan qəlyanaltı), ağartı məhsullarından bişirilən yeməklər, “karri”də yumurta, kartofla pendirdən hazırlanan kürəciklər, tərəvəzlər ola bilər. Hər şey ədvalı və çox acı olur. Səhər yeməyinə mütləq düyü ilə mərci və düyü unundan bişirilmiş nazik “dosa” kökələri əlavə edilir. Ənənəvi içki – masala çayıdır (süddə, ədvalı). Əsas qayda isə yeməklərin sağ əllə, çəngəl-qaşıq istifadə etmədən yeyilməsidir.
Moskvadan olan turist Natalya Venediktova deyir: “Qoada biz oteldə deyil, turist zonasından uzaqda yerləşən kiçik evdə qalmağa qərar verdik. Hər səhər evin sahibi bizə yemək gətirirdi. O, bizim üçün lobyalı və ədviyyatlı kartof sıyığı, soğanlı və ədviyyatlı kökələr, kotletə bənzəyən düyü kürəcikləri hazırlayırdı. Əlbəttə ki, bir də masala çayı”.
Efiopiyadan tutmuş Kareliyayadək: şorba, meyvə ilə balıq və doqqaz
Praktik olaraq, hər bir ölkənin səhər süfrəsinin öz xüsusiyyətləri var. Məsələn, Vyetnamda ənənəvi səhər yeməyi əriştəli şorbadır: “fo-bo” - mal əti ilə və ya “fo-qa” - toyuq ilə. Peruda “seviçe” (laym şirəsində marinadlaşdırılmış balıq və dəniz məhsulları), Yamaykada isə duzlu balığı yerli meyvələrlə hazırlayırlar.
Efiopiyada səhər yeməyində ıncera - ənənəvi çörək təqdim edirlər. Diametri azı bir metrə çatan kökə həm yemək, həm də boşqab rolunu oynayır: kökənin üstünə ət, düyü, kartof, souslar qoyulur.
Məşhur “hər şey daxil” sisteminə Türkiyədə ənənəvi səhər yeməyi təqdim edilir. Buraya dadlı və faydalı yeməklər – tərəvəzlər, təzə çörək, müxtəlif pendir növləri, o cümlədən keçi pendiri də daxildir. Adətən axşama doğru içilən məşhur qəhvənin əvəzinə səhəri türksayağı çayla qarşılayırlar.
Rusiya regionlarında da maraqlı ənənələr az deyil. Məsələn, marilərin (Mari Respublikası) səhər yeməyi “pulaşkamuno” (yumurta, süd, kartof və göyərtidən hazırlanan xörək), Kareliyada isə “kalitki”dir.
Tur şirkətlərində milli səhər yeməyi təklif olunur: sıyıq, dadlı Kareliya duzlu balığı, qara çörək, mərsin və quşüzümündən hazırlanan mors, kartof və darılı “kalitki”lər. Qafqazda səhər yeməyinə ruletlər təqdim olunur: məsələn, içərisinə pomidor, ədviyyə qoyulan lavaş, yumurtadan, həmçinin bol göyərtili, souslu balıq və ətdən hazırlanmış müxtəlif yeməklər. Həmçinin badımcan və lobyadan hazırlanan qəlyanaltılar da çox populyardır. Bu cür səhər yeməyi dadlı və doyumludur.






- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir