Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanı özbək dilində nəşr olunub. Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfindən özbək dilində nəşrə hazırlanan “Qılınc və qələm” romanının mövzusu böyük Azərbaycan şairi dahi Nizami Gəncəvinin həyatı, yaradıcılığı, yaşadığı dövrü əhatə edir və sözügedən tarixi roman bu baxımdan Azərbaycanda olduğu kimi Özbəkistanda da böyük maraqla qarşılanmaqdadır.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Qılınc və qələm” tarixi romanını özbək dilinə alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov tərcümə edib. Nəşrin redaktoru və nəşrə hazırlayanı özbək alim Abdulla Ulugovdur.
Daşkənd şəhərində fəaliyyət göstərən “Niso nashriyot va matbaa uyi” poliqrafiya mərkəzində çap olunan sözügedən roman orijinaldan fərqli olaraq müasir kitabçılıq ənənələrinə uyğun olaraq bir cilddə iki hissə olmaqla nəfis şəkildə nəşr edilib.
Kitabın “Ön söz”ündə qeyd olunur ki, Məmməd Səid Ordubadinin bu əsəri XX əsr Türk xalqlarının ədəbiyyatına özünəməxsus töhfə verib. “Qılınc və qələm” romanında bütün dövrlərdə mürəkkəb insan münasibətlərində daim möhkəm yer tutan sevgi, qısqanclıq, karyera və şöhrət hərisliyi, duyğuları parlaq rənglərə boyanmışdır.
Romanda Nizami Gəncəvi surəti mərkəzi yer tutur. Müəllif Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir edib, xalq həyatının geniş lövhələrini yarada bilib.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2023-cü ilin dekabrında Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin iştirakı ilə “Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib. Nizamişünaslıqla bağlı bir çox mövzuların müzakirə olunduğu sözügedən konfransın yekun nəticəsi olaraq Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini daha da səmərəli, effektiv formada həyata keçirmək məqsədilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yanında Türk dünyası Nizamişünas alimlərindən ibarət “Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti” təsis edilib və onun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olunub.
Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti tərəfindən dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində bir sıra təkliflər irəli sürülüb və bu təkliflərin bir hissəsi Nizami Gəncəvi şəxsiyyətinin, şairin real obrazının canlandırılan Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Oqtay Salamzadənin "Əsrlərin sirri" romanlarının, dünyaşöhrətli şərqşünas alim Y.Bertelsin “Nizami”, M.Ə.Rəsulzadənin "Böyük Azərbaycan şairi Nizami" adlı monoqrafiyalarının digər dillərə tərcüməsi, nəşri və yayılması layihələridir.
Nizami Gəncəvi şəxsiyyəti, onun yaradıcılığının, habelə Azərbaycan yazıçılarının əsərlərinin tədqiqi və təbliği məqsədilə Məmməd Səid Ordubadinin dahi şair haqqında qələmə aldığı "Qılınc və qələm" əsəri özbək dilinə tərcümə və nəşr layihəsi reallaşdırılıb. Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının yaxın günlərdə Özbəkistanın aparıcı kitabxanalarında, təhsil və elm ocaqlarında təqdimatlarının keçirilməsi də nəzərdə tutulur.
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub