XƏBƏRLƏR
MƏLUMAT
Kitabların həyatımızda yeri və əhəmiyyəti
ÜMÜMİ XƏBƏRLƏR
18/05/2021 03:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Ülkər Zeynalova kitablar haqqında maraqlı məlumatların əks edildiyi videoçarx hazırlayıb. 

Kitablar ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz əsərlərdir. Əlindəki hər kitabın tarixi ilə maraqlanan oxucular üçün hazırlanan bu videoçarxda, onlar kitablar haqqında bilinməyən maraqlı məlumatları əldə edəcəklər. Videoçarxa baxan izləyicilər dünyanın ən kiçik kitabı, dünyanın ən uzun romanı, xarici dillərə ən çox tərcümə edilən kitab, dünyanın ən bahalı kitabı və s. haqqında maraqlı məlumatlar öyrənə bilərlər.

Videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CO_zqIFhbc5/?utm_source=ig_web_copy_link

https://www.facebook.com/100007549111926/videos/2775828966012047/ 

Baxış sayı: 144