XƏBƏRLƏR
MƏLUMAT
Fransız filosofu,yazıçı Jan Jak Russonun müdrik kəlamları
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2021 02:52

Fransız filosofu, yazıçı, bəstəkar Jan Jak Russo 1712-ci il iyunun 28-də Cenevrə şəhərində dünyaya gelib. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi, Ensiklopediyanın yaradıcılarından biri olub. 1789-1794-cü illərdə Fransa Burjua inqilabı zamanı onun əsərləri Yakobinlərin əsas ideya dayağı olub.

Filosof Jan Jak Russonun müdrik kəlamlarını sizə təqdim edirik:

Əgər hamının mənafeyinin kəsişdiyi nöqtə olmasaydı cəmiyyət haqqında danışmağa lüzum olmazdı.

Yalnız böyük hadisələr dahi insanları yaradır.

Fərdi eşqim üçün dünyanı verərəm, azadlığım üçün eşqimi də verərəm.

Demək olar ki, bütün işlərin ən çətini - onu başlamaqdır.

Kiməsə bağlanma hissi qarşılıqlı olmaya bilər, amma dostluqda - əsla.

Siyasi orqanizm insan orqanizmi kimi dağılmağa elə qurulduğu vaxtdan başlayır və mövcudluğu dövründə özünün ölüm səbəbini özündə daşıyır.

Ümumiyyətlə, az bilən insanlar çox bilənlərdən daha çox danışırlar.

Bədbəxtlik, şübhəsiz çox böyük bir müəllimdir, lakin bu müəllim; dərslərini bahalıya ödətdirər və faydası da puluna dəyməz.

Kitab insanları yalnız onların başa düşmədikləri şeylər haqqında danışmağı öyrədir.

Səbir ağrıdır amma meyvəsi şirindir.

Söyüş-haqsızların əlamətidir.

Ey uca könüllü yalan! Gerçək heç sənə seçim edilə biləcək qədər gözəl olmuşdurmu?

İnsanlar ömür qısadır deyərlər amma, yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər.

Minnətdarlıq - verilməli borcdur, lakin onu heç kimi digərindən gözləməməlidir.

Siyasət və əxlaqı fərqli ələ alanlar, hər ikisini də əsla anlaya bilməzlər.

Yalnız o şeydən həqiqi həzz ala bilərsən ki, onu itirməkdən qorxmayasan.

Dərindən sevmək – özünü unutmaq deməkdir!

Yaradanın əlindən çıxan nə varsa gözəldir. Hər şey insanın əlində pozulur.

Xeyirxahlıq fəaliyyətdə olan gözəllikdir.

Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq.

Həqiqi tərbiyə qaydalardan daha çox məşqlərdən ibarətdir.

Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib.

Dil heç nədən utanmayanda, hamı utanmış olur.

Lazım olanı bilmək çox bilməkdən daha vacibdir.

Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir.

Malik olduğun pul sənə azadlıq verir, alınca qaçdığın pul – səni kölə edir.

Baxış sayı: 338