XƏBƏRLƏR
MƏLUMAT
“Daldan atılan daş topuğa dəyər” əsəri tamaşaya qoyulub
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2022 02:46

Mayın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi H.Abbasov adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ADMİU-nun Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru ixtisası üzrə III kurs tələbələri Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərini tamaşaya qoyublar.

Tamaşada 255, 187, 209, 293 və 108 nömrəli tam orta məktəblərin şagird və müəllimləri,kənd sakinləri tamaşaçı qismində iştirak ediblər. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Sonda tamaşanın rejissoru Əməkdar artist Gülşad Baxşıyeva çıxış edərək hamıya minnətdarlığını bildirib və şagirdlərə önəmli nəsihətlər verib. Eyni zamanda belə tamaşaların ardıcıl olaraq təqdim ediləcəyini qeyd edib.

Baxış sayı: 465