XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Yaqub Nəcəfov
ÜMÜMİ XƏBƏRLƏR
07/07/2023 01:09

Yaqub Məhəmməd oğlu Nəcəfov  2000-ci il iyulun 7-də Culfa şəhərində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. Quru Qoşunlar Fakültəsinin IV kurs Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı “kiçik leytenant” rütbəsi ilə müharibəyə yollandı. Subay idi.

Azərbaycan Ordusunun kiçik leytenantı olan Yaqub Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yaqub Nəcəfov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Culfa şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yaqub Nəcəfov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baxış sayı: 268