XƏBƏRLƏR
MƏLUMAT
“20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2026 09:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib.

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbirdə rəsmilər, ziyalılar, mədəniyyət işçiləri, elm adamları və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə 225 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”nın şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra 20 Yanvar faciəsi qurbanlarının və vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin, milli birliyin parlaq nümunəsi olduğunu vurğulayıblar.

Bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində obyektiv qiymət verilib, şəhidlərin xatirəsi əbədiləşdirilib.

Daha sonra bu faciənin tarixindən bəhs edən videoçarx təqdim edilib.

Bədii hissədə T. Abbasov adına 225 və 21 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib ,şeirlər səsləndirilib və həzin mahnılar ifa olunub.

 

Baxış sayı: 33