Ç.Dikkens 1812-ci ilin fevral ayının 7-də Portsmut yaxınlığında, Ləndport şəhərciyində, dənizçilik idarəsində xidmət edən məmur ailəsində anadan olub. Dikkenslər ailəsi həmişə maddi çətinliklər və məhrumiyyətlər içərisində yaşayıb.
Çarlz Dikkensin bədii yaradıcılığını dörd əsas mərhələyə bölmək olar.
Birinci mərhələ 1833-1841-ci illəri əhatə edir. Bu dövrdə yazıçı “Bozun oçerkləri”, “Pikvik klubunun qeydləri”, “Oliver Tvistin macəraları”, “Nikolas Niklbinin həyatı və macəraları” romanlarını və s. əsərlərini qələmə alıb.
Ç.Dikkensin ilk oçerklər və hekayələr məcmuəsi ayrıca kitab şəklində 1836-cı ilin fevral ayında nəşr edilib. O, bu əsərini “Boz” təxəllüsü ilə dərc etdirib. Artıq bu ilk kitabçada yazıçı yumoristik qabiliyyətini göstərib və siyasi mahiyyətli problemlərlə maraqlandığını bəyan edib.
Yazıçı özünün oçerklərində London və onun sakinlərinin həyat tərzini təsvir edib. O, böyük şəhərin yoxsul məhəllələrində yaşayan kasıbların həyat tərzindən, sadə insanların dərdindən yazıb.
Ç.Dikkens hələ ilk əsərində özünəməxsus yazı üslubu ilə fərqlənirdi ki, bu da onu öz sələfləri və müasirləri olan görkəmli oçerk ustaları (Çarlz Zemadan, La Qentadan və Pirs Eqindan) arasında sayılıb-secilən müəllif kimi tanıtmışdı.
Onun yaradıcılığında nəzəri cəlb edən irihəcmli əsərlərdən biri də “Oliver Tvistin macəraları” romanıdır (1837-1839).
Ç.Dikkens yaradıcılığının ikinci dövrü XIX əsrin qırxıncı illərinə təsadüf edir. O, bu dövrdə yazdığı əsərlərində – “Qədim əşyalar dükanı” (1841), “Amerika qeydləri” (1842), “Martin Çezlvit” (1843), “Dombi və oğlu” (1846-1848) əsərlərində özünü kamil bir yazıçı kimi təqdim edir.
Həmin illərdə Ç.Dikkens həm də publisist kimi tanınır.
1842-ci ildə yazıçını ABŞ-a dəvət ediblər. Ç.Dikkens ABŞ-ı demokratiyanın, azadlığın vətəni hesab edirdi. Lakin bu səfər nəticəsində yazılmış “Amerika qeydləri” Ç.Dikkensin təsəvvürlərində yanıldığını göstərir.
O, “Amerika qeydləri”ndə ABŞ-da olan saxta demokratiyanı, Amerika həyat tərzinin bir sıra qüsurlu cəhətlərini göstərib. Zəncilərin məhkum vəziyyəti Ç.Dikkensi xüsusilə qəzəbləndirmişdi.
Nyu-York kimi bir şəhərin ziddiyyətləri yazıçının nəzərindən yayınmamışdı. Ç.Dikkens şəfəqlərə qərq olmuş Brodveylə yanaşı hamının “qəbir” adlandırdığı həbsxananın qəmli görünüşünü, izdihamlı küçələri, şəhərin mərkəzi hissəsindən kəskin surətdə fərqlənən zənci məhəllərini, yetimxanaları məharətlə təsvir etmişdi.
“Amerika qeydləri”ndəki “Köləlik” adlı fəsil dövrün mətbuat səhifələrində əks olunmuş faktlara əsaslanır. Yazıçının istinad etdiyi qəzet elanları bunu sübut edir: “Zənci qızı Karolina qaçmışdır. Boynunda xalta var”. “Cek adlı zənci oğlan qaçmışdır. Sol qulağının ucu kəsilmişdir”. “On iki yaşında zənci uşağı qaçmışdır. Boynunda it zənciri var. Xaltanın üstünə “de Zampet” sözü yazılmışdır”. “Amerika qeydləri” öz əhəmiyyətini bu gün də itirməmiş dəyərli əsərdir.
Çarlz Dikkensin yaradıcılığında tənqidi realizmin dərinləşməsinə yalnız Amerika təəssüratı səbəb olmayıb. Müəllifin 1844-cü ildə yazdığı “Martin Cezlvit” romanı onun yaradıcılığında irəli mühüm bir addım idi. Bu əsərdə cəmiyyətdə pulun oynadığı həlledici rol məsələsi əvvəlki romanların hamısından daha qabarıq şəkildə qoyulub.
Yazıçının jurnalistika sahəsindəki fəaliyyəti də diqqəti cəlb edir. Yazıçı 1850-ci ildə “Ev oxusu” və 1859-cu ildə “Bütün il boyu” adlı iki ədəbi-bədii jurnal nəşr edirdi.
Ç.Dikkens yaradıcılığının üçüncü dövrü 1848-1859-cu illəri əhatə edir. Bu illərdə Ç.Dikkens siyasi məzmun etibarı ilə ən güclü “Soyuq ev”, “Ağır zamanlar”, “Balaca Dorrit” romanlarını yazmışdır.
O, XIX əsrin 50-ci illərindəki altı bədii əsərində və külli miqdarda publisist məqalələrində sinfi mübarizə kimi mövzulara toxunur. Yazıçı öz romanlarında İngiltərənin bütün ictimai quruluşunu, siyasi sistemini, parlamentini, məhkəmələrini kəskin tənqid atəşinə tutur. Xalqa inam, xalqla təmasda olmaq, Ç.Dikkensin bu dövrdə yazdığı romanların ana xəttini təşkil edir.
“Ağır zamanlar” (1854) romanında yazıçı cəmiyyətdəki ziddiyyətlərin mahiyyətini göstərməyə çalışıb. Ç.Dikkens böyük kömür sənaye şəhəri Koktaunun timsalında rəmzi şəkildə cəmiyyəti təsvir edir.
Ç.Dikkens yaradıcılığının son dövrünü 1859-1870-ci illərdə yazılmış əsərlər təşkil edir. “İki şəhər haqqında povest” (1859), “Böyük ümidlər” (1861), “Bizim ümumi dostumuz” (1864), “Edvin Drudun sirri” (1870- bitməmişdir) romanları bu dövrləri əhatə edir.
Bu əsərlərdə detektiv və kriminal janrlara üstünlük verilir. Yazıçının yaradıcılığında realizm istiqamətinin zəifləməsi XIX əsrin yetmişinci illərində ingilis mədəniyyətinin mənəvi böhranı ilə izah edilməlidir.
Müəllifin əsərlərində bəzən bədbinlik duyulur, lakin bu əsərlər insana inam hissi aşılayır.
Çarlz Dikkens 1870-ci ilin iyunun 9-da, əlli səkkiz yaşında, beyin qansızmasından Qeydxildə vəfat edib.
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir