
Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli iki dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.
Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa;
Burdaca el durub məndən sordu ki:
Gözdən yaş çıxarmı ürək yanmasa?
Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”
Rəngarəng mövzuları əhatə edən poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir. Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.
Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq şairin yubileyi dövlət səviyyəsində qeyd edilib, ölkəmizin hər guşəsində silsilə tədbirlər reallaşdırılıb.
Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən 17 may 2018-ci il tarixində Sərəncam imzalanıb.
Ruhun şad olsun, Müşfiq! Vaxtilə böyük uzaqgörənliklə “Oxu, tar!” harayı saldın. Bu gün ən qədim milli musiqi alətimiz nəinki bütün dünyada səslənir, hətta tar ifaçılıq sənətimiz daha uzağa gedərək UNESCO–nun Bəşəriyyətin Qeyri–maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Biz bir vaxtlar Mikayıl Müşfiqin təşnə olduğu bu uğura Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gərgin zəhməti, yorulmaz fəaliyyəti sayəsində çatmışıq.
- 16:33 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub
- 15:34 Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı olub
- 12:09 "1001 Gülüş" adlı konsert proqramı nümayiş olunub
- 11:36 Beynəlxalq kukla festivalının Bakı mərhələsi yekunlaşıb
- 11:22 Bu gün Beynəlxalq Caz Günüdür
- 11:19 Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası olub
- 10:19 “Gözlərə nur saçan əllər” adlı tədbir keçirilib
- 10:11 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 09:55 Ölkəmiz Budapeştdə macar-türk sammitində təmsil olunub
- 09:25 Azərbaycan filmi 11-ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalında nümayiş olunacaq
- 09:21 ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib
- 09:19 Pantomim Teatrında “Müfəttiş” tamaşasının premyerası olub
- 16:52 Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 16:12 “Sağlam həyat, sağlam gələcəkdir!” adlı tədbir keçirilib
- 15:02 Daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişləndirilib
- 14:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu
- 11:55 Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını Azərbaycan qazandı
- 11:10 “Qayğıkeş ana-Zərifə Əliyeva” adlı tədbir keçirilib
- 10:55 Bu gün Beynəlxalq Rəqs Günüdür
- 10:52 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 10:16 Azərbaycanlı ifaçılar Özbəkistanda baxşı festivalında uğurla çıxış ediblər
- 09:55 “Elmi və Humanizmi birləşdirən fenomen Zərifə Əliyeva” adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
- 09:51 Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Ulusal telekanalı ilə birgə televiziya verilişlərinə start verib
- 09:41 Bu gün SSRİ Xalq artisti Əjdər İbrahimovun anadan olmasının 106 ili tamam olur
- 09:39 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub
- 09:34 “Bakı kainat boyunca” tamaşasının premyerası baş tutub
- 17:07 Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir təşkil edilib
- 15:17 “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 14:14 Özbəkistanın aparıcı kanallarında “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş verilişlər efirə gedib
- 11:41 “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub
- 11:39 Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb
- 11:27 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:20 Azərbaycanda "Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək
- 11:18 Bu gün yazıçı Qılman İlkinin doğum günüdür
- 11:09 Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başlayır
- 11:06 Qara Qarayev adına beynəlxalq müsabiqədə 250-dən çox gənc musiqisi iştirak edib
- 11:01 Azərbaycan incəsənət ustaları III Fuceyra Beynəlxalq Ud Forumunda iştirak edəcəklər
- 10:50 “Xatirələrdə yaşayan işıq” adlı tədbir keçirilib
- 10:46 Milli Kitabxanada “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 10:17 Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 ili tamam olur
- 09:31 Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub
- 09:26 Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub
- 09:22 Rabat Amerikan Məktəbində Mədəniyyət Günü Azərbaycan zəngin irsi ilə fərqlənib
- 09:17 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib
- 17:16 Mərdəkan Mədəniyyət Sarayında estrada müğənnisi Kazım Canla görüş keçirilib
- 13:07 "Qonağımız var " layihəsinin növbəti qonağı Türk sənət musiqisinin tanınmış siması Müşərrəf Akay olub
- 17:30 “Əsl məhəbbət” bədii-sənədli filmi nümayiş olunub
- 16:35 Azərbaycan Dövlət Kukla Teatrı Ankarada çıxış edib
- 15:37 Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib
- 15:34 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə ilk dəfə birgə elektron qəbul
- 14:33 Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb
- 12:34 “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:59 Gənclər kitabxanası “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib
- 10:33 “Mədəniyyətlərarası səyahət” adlı tədbir keçirilib
- 10:20 “Uzaq sahillərdə” filmi Berlində bərpa olunub
- 10:15 Şəhid Quluzadə Qurbanəlinin ailəsinə ziyarət təşkil edilib
- 10:06 “Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramında iştirak edib
- 09:39 "Rənglər dünyası" adlı rəsm sərgisi nümayiş olunub
- 09:15 Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri böyük təntənə ilə başa çatıb
- 09:13 Rusiyanın Tula şəhərində rəssam Hədis Hacıyevin səhnə tərtibatında “Tartüf” tamaşası təqdim edilib