
XIX əsr Azərbaycanın görkəmli şairəsi Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yeкta” (Təк inci), el arasında isə “Xan qızı” çağırıblar.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilib və Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilib. Belə bir ehtimal da var ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy edib və Xurşidbanunu Dağıstana - öz doğma кəndinə, оradan da Tiflisə aparıb.
1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlib. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi var. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı var.
Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıb. Onun bir-neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” kitabında çap olunub.
Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə gedib, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirib. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olublar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.
Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb.
Natəvan həm də istedadlı rəssam olub. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adlı albomundakı rəsmlər buna sübutdur.
Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri var. Xeyriyyəçi, messenant və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olub. Xurşidbanu Natəvan Gənc şairə Şuşada “Məclisi üns” ədəbi məclisini təşkil edib. 18 avqust 1973-cü ildə Şuşaya su kəmərini çəkdirib, bu su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs edib.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşüb.
Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat edib və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub. Adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.
Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub.

- 15:37 Rabatda “Azərbaycan Mərakeşli uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 15:26 Bu gün Əməkdar artist Hamlet Xanızadənin anadan olmasının 84 ili tamam olur
- 14:56 “Heydər Əliyev və Azərbaycan” adlı layihə uğurla davam edir
- 14:37 Paytaxtda IV Bakı Piano Festivalı keçiriləcək
- 14:21 Respublika Gənclər Kitabxanasında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar kitab sərgisi açılıb
- 11:50 Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 86 ili tamam olur
- 11:24 K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
- 11:19 Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası ilk mükafatlarını təqdim edib
- 11:01 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin istedadlı şagirdləri “Səsimiz bir” adlı layihədə yer alıblar
- 10:25 Görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 117 ili tamam olur
- 09:38 4 nömrəli Uşaq Musiqi Məktəbində “Parlaq gələcək sizinlədir” adlı hesabat konserti keçirilib
- 09:32 Parisdə Panteon meydanında Qobustan və Xınalığın fotoları nümayiş olunur
- 09:29 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 09:24 “Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində performans həftəsi
- 17:18 Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında kitabxana, tərcümə və nəşr sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
- 15:36 Bu gün Əməkdar artist Fatma Mehrəliyevanın anadan olmasının 99 ili tamam olur
- 14:39 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində hesabat konserti keçirilib
- 14:34 Berlində Türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
- 14:32 Əlyazmalar İnstitutunda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 10:12 “Müasir Azərbaycan Dövlətçiliyi” mövzusunda açıq dərs keçirilib
- 09:56 Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 09:38 Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub
- 09:35 Laçının Seyrəngah adlanan ərazisində “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb
- 09:22 “MDB-nin mədəniyyət paytaxtı ili" çərçivəsində Laçında qala konsert olub
- 16:39 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib
- 15:29 Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib
- 15:17 “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” adlı mühazirə keçirilib
- 15:13 “Səma” rəqs ansamblı “Hər birimiz bir çiçək” adlı konsert proqramı ilə çıxış edib
- 12:05 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 11:39 “İstedad sərhədsizdir” adlı tədbir keçirilib
- 11:18 Əməkdar jurnalist, şair Qulu Ağsəs ilə görüş keçirilib
- 10:45 Şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib
- 10:23 "Pişiyin evi" adlı kukla tamaşası təqdim edilib
- 10:19 “Hərəmiz bir çiçək” adlı tədbir keçirilib
- 10:13 "Uşaqlar dünyanın sevincidir" adlı tədbir keçirilib
- 10:04 Bakı Uşaq və Gənclər Teatrı Balakən rayonunda qastrol səfərində olub
- 09:41 “Caz-Ritmin Sehrində” adlı hesabat konserti keçirilib
- 09:09 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı olacaq
- 15:31 Azərbaycan milli geyimi Parisdə nümayiş olunub
- 15:29 Azərbaycanda çəkilən ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub
- 14:32 Xalq artsti Məmmədbağır Bağırzadənin 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 11:00 Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi çərçivəsində virtual kitab sərgisi hazırlanıb
- 09:24 Uşaqların bayramı təntənəli şəkildə qeyd olunub
- 14:38 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 12:29 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert keçirilib
- 11:08 “Uşaqlar həmişə sevinsin” adlı bayram konserti keçirilib
- 17:31 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı keçiriləcək
- 17:22 31 May – Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib
- 17:09 Mədəniyyət naziri Adil Kərimli Göygöldə vətəndaşları qəbul edəcək
- 17:02 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib
- 16:52 “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib
- 14:58 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib
- 14:51 Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə növbəti konsert
- 14:15 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 12:51 Şəhid və qazi övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
- 12:40 17 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:51 Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib
- 10:55 Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasında əməkdaşlıq genişlənir
- 10:37 "Qalib xalqın müstəqilliyi" adlı ədəbi-bədii gecə keçirilib
- 09:59 Mirzə Ələkbər Sabirin anadan olmasının 163 ili tamam olur