Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə min illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq altı ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur.
Daim dövlətin diqqət mərkəzində olan, bu qayğı nəticəsində inkişaf edən Azərbaycan xalçaçılıq sənəti və bu sənətin daşıyıcıları məhz bu diqqət nəticəsində təsis edilmiş peşə bayramlarını - “Xalçaçı Günü”nü böyük minnətdarlıq hissi ilə qeyd edirlər.
Ümummilli lider Heydər Əliyevin xalça sənətinə qayğısı nəticəsində Azərbaycanda dünyada birinci Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi yaradılıb. “Azərxalça” EİB yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra isə ümummilli liderin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.
Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.
Minilliklərin yaşıdı Azərbaycan xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlayıb.
Dövlət başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”da təsdiq olunub. Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir.
“Azərxalça”nın istehsalı olan məhsullar xalçaçı-rəssamlar tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda qədim və orijinal xalçaların əsasında yeni çeşnilərin elektron variantı hazırlanıb. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir.
“Azərxalça”nın filiallarının yerli xammalla təmin edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabriki açılıb. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır.
Azərbaycan xalçalarının beynəlaxalq aləmdə tanınması, araşdırılması, təşviqi sahəsində 2010-cu ildə yaradılan “Azərbaycan xalçası ənənəsi” nominasiyasının hazırlanması və UNESCO-nun “Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısı”na daxil edilməsində Azərbaycan xalçaçıları icması tərəfindən yaradılan və ömrünü Azərbaycan xalça sənətinin tədqiqinə həsr etmiş sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın rəhbərlik etdiyi, dekorativ-tətbiqi sənət sahəsində UNESCO-da Azərbaycanı ləyaqətlə təmsil edən yeganə QHT-“Azərbaycan xalçaçıları” İctimai Birliyinin də rolu təkzibedilməzdir. Dövlətin xalça sənətinin yayılmasına yönələn siyasətini dəstəkləyən və maraqlı layihələrlə unudulmaqda olan xalça növlərinin bərpasına, gənclər arasında yayılmasına, hər zaman müasir olan xalça sənətində ənənə ilə yeniliklərin bir araya gətirilməsində göstərdiyi fəaliyyət daim diqqət mərkəzindədir.
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib
- 17:01 Xalq rəssamı Əzim Əzimzadənin 145 illiyinə həsr olunan sərgi nümayiş olunub
- 14:21 İtalyan bəstəkarı C. Puççininin “Toska operası yenidən Opera və Balet Teatrının səhnəsində
- 11:26 “Milli Həmrəylik: Birlikdən doğan güc” adlı tədbir keçirilib
- 11:19 Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib
- 09:27 Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
- 09:24 Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
- 09:22 Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub
- 14:41 "Həyatla oyun" tamaşası nümayiş olunub
- 14:11 Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur
- 13:10 Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin tətifolunma mərasimi keçirilib
- 12:11 Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib
- 11:50 “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert keçirilib
- 10:47 Milli Kitabxanada akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açılıb
- 09:43 “Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib
- 09:26 "Qonağımız var" layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 09:15 Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:07 Xalq rəssamı Elmira Şaxtaxtinskinin 95 illik yubleyinə həsr olunmuş sərgi nümayiş olunub
- 17:04 “Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib
- 15:58 “Konstitusiya və uşaq hüquqları” mövzusunda tədbir keçirilib
- 15:51 “Nəğməyə, rəngə, sözə dönən 90 il” adlı yubiley konserti keçirilib
- 15:21 “Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək
- 15:12 Gənclər Kitabxanasında professor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:35 Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub
- 09:31 Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub
- 17:12 “Ağ atlı oğlan” bədii filmi nümayiş olunub
- 15:29 "Konstitusiya və Suverenlik İli" adlı sərgi təşkil edilib
- 11:10 Qəbul tarixi dəyişdirildi
- 09:48 Akademik Milli Dram Teatrı Çin teatrları ilə əməkdaşlığa başlayır
- 09:42 Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 09:37 Yaradıcı Mərkəz IDDA Awards 2025-də “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb
- 09:27 Rəşid Behbudovun 110 illiyinə həsr olunan "Səsin rəngi” sərgisi açılıb
- 16:13 Bakı Uşaq və Gənclər Teatrı Ağdamda
- 15:52 Özbəkistan Mədəniyyət Günləri çərçivəsində konsert proqramı təqdim olunub
- 15:07 "Əsrə bərabər suverenlik ili" adlı tədbir keçirilib
- 14:44 17 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 12:15 ARKA tərəfindən 2026-cı ildə dörd müsabiqənin keçirilməsi nəzərdə tutulur
- 11:07 “Ağ atlı oğlan” ekran əsəri təqdim ediləcək
- 10:17 Tanınmış estrada müğənnisi Namiq Qasımovla görüş keçirilib
- 09:59 Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib
- 09:49 Mədəniyyət naziri Adil Kərimli Özbəkistan nümayəndə heyəti ilə görüşüb
- 09:44 Azərbaycanlı rejissor İlqar Safatın “Doğma torpaq” filmi Türkiyədə mükafata layiq görülüb
- 09:37 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli sənətkar, Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib
- 15:57 Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasında yer alıb
- 14:58 Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində!