XƏBƏRLƏR
MƏLUMAT
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/06/2022 01:45

İyunun 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Təbrik üçün söz Pirallahı rayonunun qazisi Sübhan Məmmədova verilib.

Tədbirin bədii hissəsində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin “Ada” rəqs qrupu geniş, rəngarəng konsert proqramı ilə, 235 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri şeir və kompozisiya ilə, 14 nömrəli uşaq musiqi məktəbinin nağaraçalanlar ansamblı “Azərbaycan ritmləri” ilə çıxış ediblər. 235 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri şəhid Elmar Elman oğlu Nəbiyevin yazdığı mahnını və “Xudayar təsnifi”ni ifa ediblər. Tədbirdə qazilərə, şəhid ailələrinə Azərbaycan Respublikası Həmkarlar İttifaqının bayram sovqatları təqdim olunub.

Tədbirdə fəal iştirakına gorə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin “Ada” rəqs qrupunun rəhbəri Gülafət Qaçayevaya, 235 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naibə Rəşidovaya və 14 nömrəli uşaq musiqi məktəbinin nağara müəllimi Yeganə Əsədovaya “Fəxri Fərman”lar təqdim edilib.

Baxış sayı: 181