XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli onbirillik musiqi məktəbi “World Harmony” III Beynəxalq müsabiqəsində çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2020 01:27

18-24 fevral 2020-ci il tarixlərində Bakı şəhərində Gürcü Folklor və Klassik Musiqisinin İnkişafı Birliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə Dəstək” layihəsi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gənc ifaçıların “World Harmony” III Beynəlxalq müsabiqəsi keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbinin  şagirdləri Beynəlxalq müsabiqədə məharətlə çıxış ediblər.

Yüksək səviyyəli ifalarına görə münsiflər heyətinin qərarına əsasən aşağıda  adları qeyd olunan şagirdlər müxtəlif dərəcəli diplomlarla təltif olunublar

Yüksək səviyyəli ifalarına görə münsiflər heyətinin qərarına əsasən xanəndə ixtisası üzrə VIII sinif şagirdi Həzrət Əzizli (müəllim - Arif  Qənbərov) - I dərəcəli diplomla, kamança ixtisası üzrə IV sinif şagirdi Ərhan Nəbizadə (müəllim - Respublikanın Əməkdar artisti Fəridə Məlikova) - I dərəcəli diplomla, xanəndə ixtisası üzrə VIII sinif şagirdi Ədilə Əliyeva (müəllim - Arif  Qənbərov), xanəndə ixtisası üzrə I sinif şagirdi Nicat Ağayev (müəllim - Hüseyn  Məlikov) - II dərəcəli diplomla, tar ixtisası üzrə V sinif şagirdi Murad Mirələmzadə (müəllim - Kamil Hüseynov) - III dərəcəli diplomlarla təltif olunublar.

Müsabiqədə iştirakına görə skripka ixtisası üzrə II sinif şagirdi Turan Dadaşov (müəllim - Rauf Abıyev), qanun ixtisası üzrə X sinif şagirdi Fidan Zamanzadə (müəllim - Arzu Manafova) diplomla təltif olunub.

Baxış sayı: 3437