Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasının fəal oxucusu, BDU-nun Hüquq fakultəsinin tələbəsi Nuray Araz kitabxananın qonağı olub.O mütaliənin onun düşüncələrinin formalaşmasına böyük təsir göstərdiyini vurğulayıb.
Gənc həvəskar Nuray Araz mütəmadi olaraq yazılarını kitabxananın əməkdaşları ilə bölüşməyi sevir. O,“Ölümsüzlüyün inam formulu” və “İnam nədir?”adlı yazılarını kitabxananın böyük metodisti İradə Hüseynova və digər əməkdaşları ilə bölüşüb. Əməkdaşlar Nuraya gələcəkdə tanınmış yazar olmasını arzulayıblar.
Ölümsüzlüyün inam formulu
Ölümsüzlük deyəndə ağlımıza ilk gələn heç vaxt ölməmək – həmişə yaşamaq gəlir. Hamımız isə bilirik ki, bu heç vaxt mümkün olmur. Hamı ölür və qara torpağa qarışır. Bəzən “heç kim, heç nə əbədi deyil”- deyirlər. Mən isə bu gün sizə əslində daim əbədi olaraq yaşamağın formulunu verəcəm. Bunun üçün nə İsgəndər kimi zülmətə getmək, nə nağıllardakı kimi sehirli quşun ürəyini yemək, nə də ki kinolardakı kimi sehirli içki içmək lazım deyil. Bunun sirri isə bu həyatda müəyyən dəstxət qoyub getməkdir. Elə bir dəstxət ki, səndən sonra illərlə, əsrlərlə anılasan və unudulmayasan. Məsələn, dahi Nizami XII-XIII əsrlərdə yaşayıb, amma XXI əsrdə belə biz onun yazılarından bəhrələnə bilirik. Bəlkə də deyə bilərsiz ki, biz nə Nizami, nə Füzuli, nə də ki Xətai ola bilmərik. Ya da ki bizim heç bir istedadımız yoxdur?
O zaman elə bir həyat yaşamalıyıq ki, sözün əsl mənasında daim xatırlana bilək. İnsan ölsə də, daim əməlləri ilə xatırlanır. Təbii ki çalışın yaxşı əməllər edin ki, yaddaşlarda daim yaxşı qalın. Bu yazını dahi fransız yazıçısı Viktor Hüqonun sözləri ilə bitirmək istəyirəm.
“Ölməkdən sonra yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər şeylər yaşayın.”
İnam nədir?
İnam elə bir hisdir ki, hamının içində var, lakin çox az hissə bunu bilir. İnam –hədəflərimizə gedən yolun ən böyük dəstəkçisi və ən əsası içimizdə cəm olan hislərin ən vacib olanıdır. İnam 4 hərf, 2 hecadan ibarət olan dünyanı dəyişdirəcək gücə sahib bir duyğudur. Hər şey inanmaqdan başlar. Əgər bir işi edəcəyimizə inansaq, o işin 50 faizini etmiş olarıq. Ona görə insan edəcəyi hər işə daim inanmalıdır. İnam ən birinci özünə olan güvənlə başlar. Yəni bir insan ilk özünə inanmalıdır. Heç kim bu dünyaya boş-boşuna gəlməyib. Əgər bu həyatda yaşayırıqsa və yaşayan ölü deyiliksə, mütləq özümüzə inanmalıyıq. Çünki hələ kəşf olunmamış işlər, yeni fikirlər və ideyalar bizi gözləyir . Bizim nə vaxtsa onları kəşf etməyimizi gözləyir.
Bəs niyə getmirik? Niyə dayanmışıq? Bəlkə o potensiala sahibik, amma getmirik. Bəziləri yolun yarısından qayıdır, bəziləri də heçbu yola daxil olmur. Bilirsinizmi niyə?
Bilmirsinizsə, qoyun mən söyləyim, çünki inanmırıq. Özümüzə inanmırıq. Birdən alınmaz deyə qorxuruq, içimizdəki neqativliyi bir kənara ata bilmirik.Amma bilmirik ki, biz o yolda uduzsaq belə heçnə olmayacaq,əksinə qazanacayıq – bu yolda təcrübə əldə edəcəyik.
İnam haqqında danışmağa sözlər,cümlələr,səhifələr yetməz. Məncə insan onu var edənə, yəni Tanrıya, daha sonra isə öz varlığına inanmalıdır. O zaman insanın keçə bilməyəcəyi əngəl, açmayacağı qapı və ən əsası qorxmayacağı bir yol olmayacaqdır. Mümkünsüz heç nə yoxdur! Sən yetərki inan! Yetərki inan!

- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə