Aygün Səmədzadə 1967-ci il 11 yanvarda Bakıda ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində alıb, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirib. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olub, bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib seçilib. Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika elmi konfransında ən yaxşı tələbə elmi-işinə görə qızıl medal, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülüb. Konservatoriyanı fərqlənmə diplomu və Ü.Hacıbəyli adına fərdi təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi fəaliyyətə başlayıb və Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənlərdən dərs deyib və həmin kafedranın dosenti (1990-2016) olub. Bəstəkar, musiqişünas Aygün Səmədzadə 2003-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Aygün Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə edib. Bundan əlavə, Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların, o cümlədən, "Azərbaycanda sənət himayədarlığının rolu", "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti", "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti", "Mir Mövsün Nəvvab", "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri", "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri" adlı məqalələrin müəllifidir.
Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. Bu əsərlərin bir çoxu "Bu dünyanı nağıl bilək" albomu, "Əhməd Cavad" albomu, 4 diskdən ibarət "Azərbaycan" albomu və "Vətən mahnıları" albomunda cəmlənib.
Aygün Səmədzadə bir çox teatr tamaşaları və filmlər üçün də musiqilər bəstələyib. Elçin Əfəndiyevin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "Iblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" teatr tamaşalarının, "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" filmlərinin bəstəkarıdır.
Aygün Səmədzadə “Türküstan”, “Həsrət”, “Qumsal”, “Eşq” simfonik lövhələrinin, “Həzrət-i Fatimə” adlı vokal-xoreoqrafik kompozisiyasının, Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “İstiqlal marşı”nın müəllifidir. Müharibə dövründə Aygün Səmədzadə “Diaspora” marşı, “Can Azərbaycan”, “Zəfər nəğməsi”, “Qəhrəmanım” kimi silsilə mahnılar bəstələyib.
Bəstəkarın ən son nailiyyətlərindən biri kimi İkinci Qarabağ müharibəsində qələbəmizə həsr olunmuş “HƏSRƏTƏ SON” layihəsini göstərmək olar. Qeyd edək ki, əsərin video həlli işğaldan azad olunmuş torpaqlarımızda baş tutub və bu, erməni vandalizminin incəsənət xətti ilə dünyaya çatdırılmasında maraqlı təşəbbüslərdən sayıla bilər.
Aygün Səmədzadə Əhməd Cavadın sözlərinə silsilə əsərlər yaradıb. Bunların sırasına “Ey Türk” kantatası (“Ey Türk”, “Bismillah”, “Türk Ordusuna”, “Elin bayrağı”, “Mən bulmuşam”, “Susmaram”, “Şəhidlərə” kimi müstəqil nömrələrdən ibarət), “Sən ağlama” vokal-instrumental kompozisiyası, “Niyə gəlmədin?”, “Qurban olduğum” romansları və başqaları daxildir. Bu əsərlərin premyeraları 2018-ci il 15 sentyabrda Ankarada, 2018-ci il 10 noyabrda Bakıda, 2019-cu il 20 martda Eskişehirdə baş tutub. Əsərlər Türkiyə Cümhurbaşkanlığı Simfonik Orkestrası, TRT xoru, Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunub.
2000-ci il "Best of Best" müsabiqəsində onun “Məktəb illəri”, 2002-ci ildə keçirilən "Nəğmələrin nəğməsi" müsabiqə-festivalda “Bu dünyanı nağıl bilək”, “Yağış” mahnıları birinci yerlərlə mükafatlandırılıb, “Tut ağacım” isə “Qran-pri” və “Tamaşaçı rəğbəti” mükafatlarına layiq görülüb.
2008-ci ildə Milli Olimpiya Komitəsinin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə elan etdiyi "İdman və Olimpiya" mövzusunda mahnı müsabiqəsinə təqdim etdiyi “Qələbə çal” adlı əsəri birinci yerə layiq görülüb.
Bəstəkarın 2005, 2009, 2015-ci illərdə Heydər Əliyev Sarayında, 2015-ci ildə Beynəlxalq Muğam Mərkəzində, 2017-ci ildə Şəkidə keçirilən "İpək yolu" Beynəlxalq Musiqi festivalında, 2018-ci ilin iyunun 9-da Cümhuriyyətin 100 illiyi münasibətilə Yaşıl Teatrda müəllif konsertləri olub.
Aygün Səmədzadə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra televiziya layihələrinin, o cümlədən "Əslində Mən", "Bir mahnının tarixçəsi", "İntrada", "Ekspromt" verilişlərinin ideya müəllifi və rəhbəri olub. 2019-cu ildə Azərbaycan bəstəkarlarının Vətən haqqında mahnılarından ibarət "Azərbaycan 100 mahnıda" klavirinin ideya müəllifi və layihə rəhbəri olub.
2011-ci il sentyabr ayının 15-də “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi”, 2018-ci ilin 27 mayında isə “Azərbaycanın Xalq artisti” fəxri adına layiq görülüb.
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib