XƏBƏRLƏR
MƏLUMAT
“Vətən sənə oğul dedi” rubrikasında Elşən Əlizadə
ÜMÜMİ XƏBƏRLƏR
10/08/2022 00:03

Elşən Faiq oğlu Əlizadə 1995-ci il  avqustun 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Subay idi. Elşən Əlizadə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət hərbi xidmət edib. Hərbi xidməti bitirdikdən sonra maşın təmiri və kənd təsərrüfatı ilə məşğul olub.

Azərbaycan Ordusunun əsgəri olan Elşən Əlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elşən Əlizadə 14 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabır 2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabır 2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əlizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabır 2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildib.

 

Baxış sayı: 146