Albert Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, hələ erkən yaşlarından musiqilə maraqlanıb və musiqi məktəbində nəfəs aləti sinfini bitirib.
Albert Suraxanı rayonundakı 154 nömrəli məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər ailəsinə kömək etmək üçün işləyib. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb, Suraxanıda maşınqayırma zavodunda işləyib.
Qarabağ müharibəsi başlayarkən Aqarunovun cəbhəyə könüllü yazılması xəbərini ailəsi birmənalı qarşılamayıb. Ailəsi bu yaşda Aqarunovun həyatını riskə atmasını istəməyib və dolayı yolla onu müharibəyə getmək fikrindən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollanıb.
Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi xüsusi təyinatlı batalyonda döyüşüb.
1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilib. Bu tankın komandiri erməni Qaqik Avşaryan olub. Lakin Avşaryanın tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun tankı tərəfindən vurulub. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı- Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilib. Ermənilər Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar.
Aqarunov 1992-ci il may ayının 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Albert Aqarunov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Onun dəfn mərasimində molla və ravvin eyni vaxtda dua oxuyub.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır.
2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.
2019-cu ildə Bakının Nərimanov rayonunda ona heykəl qoyulub.
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib