XƏBƏRLƏR
MƏLUMAT
“Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/08/2025 13:24

Avqustun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayon Heydər Əliyev parkın amfiteatrında “Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.

Tədbirdə rayon sakinləri, uşaqlar iştirak ediblər.

Tamaşada uşaqlara dostluğun, səmimiyyətin və doğru seçim etməyin həyatda nə qədər önəmli olduğu aşılanıb.

Tamaşa azyaşlıların asudə vaxtını səmərəli təşkili məqsədilə təqdim edilib.

 

 

Baxış sayı: 58