XƏBƏRLƏR
MƏLUMAT
İlin son “Ulduz”u
ÜMÜMİ XƏBƏRLƏR
04/12/2025 09:36

“Ulduz” jurnalının noyabr-dekabr nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnal Məhsəti Musanın “Özüylə söhbəti və reportajı” yazısı ilə açılır.

“Şeir vaxtı”nda Elşən Mehdi, Vasif Zöhraboğlu, Təranə Dəmir, Pərviz Arif, Elvin Paşa, Süleyman Abdullanın şeirləri, “Nəsr”də Orxan İsmayılovun “Keçib gedənlər”, Xatirə Salahzadənin “Qırmızı saat”, Səma Muğannanın “Kabusların bulud parçası” hekayələri yer alır.

Qulu Ağsəs “Altı və sıfır”dan sonra extra time” essesi ilə oxucularını salamlayır. Şahanə Müşfiq “Zəfər yolları” kitabının müəllifi Zemfira Məhərrəmlinin yaradıcılıq dünyasından söz açır.

“Tərcümə saatı” Marina Svetayevanın şeirlərini və Məmməd Məmmədlinin ispan dilindən tərcüməsində “Heminqueyə görə həyat” yazısını təqdim edir. “Tribuna”da Cəlil Nağıyev “Bir Bosniya Sevdalinkası: “Həsən Ağanın Xanımı”, Şəbnəm Məmmədova “Ömrünü elmə və nəzəri tənqidə həsr etmiş atam”, Babək Abbaszadə “Məsud Pənahi yaradıcılığı və Azərbaycan animasiyasının intiharı” yazıları yer alır.

Elxan Zalın “Sevgilər fontanı”, Narıngül Nadirin, Cavid Fərzəlinin, Elçin Səlimlinin şeirləri, Mina Rəşidin hekayələri, Nəvai Mətnin “Dünya bir ev kimidir” yazısı da bu sayda təqdim olunur.

“Dərgidə kitab”da İmir Məmmədli “Sazlı-sözlü Sibir: Simusid” əsəri, “Dərgidə sərgi”də isə rəssam Anar Zahirovun “Ulduz”a həsr etdiyi dostluq şarjları verilib.

 

Baxış sayı: 12