XƏBƏRLƏR
MƏLUMAT
Nizaminin vətənində növbəti kitab bayramı
ÜMÜMİ XƏBƏRLƏR
24/11/2025 10:00

21-23 noyabr tarixlərində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində IV Gəncə Kitab Sərgisi keçirilir.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə gerçəkləşir.

Ənənəvi sərginin açılış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda sərginin əhəmiyyəti vurğulanıb, layihənin Gəncə şəhərindən və ətraf rayonlardan kitabsevərləri bir araya gətirdiyi bildirilib.

Sərgi çərçivəsində müxtəlif nəşriyyatların yeni nəşrləri təqdim olunur, müəlliflərlə görüşlər keçirilir.

Baxış sayı: 6