Azərbaycan Dövlət Yuğ Teatrında uzun müddətdir gözlənilən “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” adlı tamaşanın premyerası keçirilib. Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının birinci boyu əsasında qurulub və dünyada əlyazmanın orijinal dili olan oğuz ləhcəsində səhnələşdirilən yeganə nümunədir. Premyera Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində keçirilib.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anar Mikayılovdur. Səhnə əsərinin musiqi tərtibatı İffət Əskərova məxsusdur. Tamaşada rolları (iki tərkibdə) Yuğ Teatrının aktyorları – Xalq artisti Vidadi Qasımov, Əməkdar artist Qasım Nağı və aktyorlar Amid Qasımov, Mətanət Abbaslı, Nigar Mürsəlova və Vüqar Hacıyev ifa edirlər.
Qeyd edək ki, bu ilin oktyabrında tamaşa Meksikada keçirilən 35-ci Beynəlxalq “Kimera” (The Quimera International Festival of Art and Culture) İncəsənət və Mədəniyyət Festivalında böyük uğurla nümayiş etdirilib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində tamaşanın rejissoru M. Mikayılov aktyorların premyera ərəfəsindəki hisslərindən və okeanın o tayındakı çıxışın onlara necə təsir göstərdiyindən danışıb.
“Bu, maraqlı bir təsadüfdür ki, tamaşamızın premyerası məhz Meksikada baş tutdu. Mən bunu bir növ xeyir-dua kimi dəyərləndirirəm. Burada nəsə sehr var. Bu səfərin təsiri ilə aktyor–mediatorların plastikasında, ifasında bəzi dəyişikliklər etdik. Doğma səhnədə premyeraya hazırlaşarkən özümüzü daha da inamlı hiss edirik”, – deyə müsahibimiz bildirib.
“Əvvəldən aydın idi ki, bu tamaşa üçün geniş səhnə lazımdır. Gənc Tamaşaçılar Teatrının səhnəsi isə bizim ritual oyunumuza çox uyğundur, belə ki, tamaşaçıya daha yaxındır. Yeri gəlmişkən, təəccübləndirici haldır ki, bu səhnənin konfiqurasiyası Meksikadakı səhnəyə çox oxşayır. Bu da xoş bir təsadüf oldu. Lakin digər səhnə axtarışına əsas səbəb odur ki, teatrımız artıq öz binası olmadan normal şəkildə fəaliyyət göstərə bilmir. Tamaşalarımızı və layihələrimizi həyata keçirə biləcəyimiz yeni bir məkana ehtiyac var”, – deyə M. Mikayılov vurğulayıb.
Yuğ Teatrının baş rejissoru kollektivin tamaşa ilə bağlı gələcək planlarından da danışıb.
“Gələcəkdə bu tamaşanı digər səhnələrdə, həmçinin meydan teatrını xatırladan açıq məkanda da göstərmək istəyirik. Artıq çox yaxın zamanda “Kitabi-Dədə Qorqud’ dastanının digər epizodları üzərində də məşqlərə başlayacağıq. Onları ustadımız Vaqif İbrahimoğlunun tələbələri səhnələşdirəcəklər. Daha sonra bütün epizodları birləşdirib vahid bir tamaşa olaraq təqdim edəcəyik. Həmçinin digər beynəlxalq festivallarda iştirak planlarımız da var”, – deyə M. Mikayılov sözlərini yekunlaşdırıb.







- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib