XƏBƏRLƏR
MƏLUMAT
Şəki Dövlət Dram Teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı olub
ÜMÜMİ XƏBƏRLƏR
05/12/2025 10:06

Şəki Dövlət Dram Teatrı Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” əsəri əsasında hazırladığı eyniadlı tamaşanı dekabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində sənətsevərlərə təqdim edib.

Tamaşa Xalq şairinin bu il dövlət səviyyəsində qeyd olunan 100 illik yubileyinə həsr olunub.

Səhnə əsərinin yaradıcı heyəti:

Quruluşçu rejissor – Əməkdar incəsənət xadimi Mirbala Səlimli

Quruluşçu rəssam və geyim üzrə rəssam – Nicat Məmmədov

Mahnıların bəstəkarı – Xatirə Orucova

Baletmeyster – Çingiz Novruzəliyev

Vokal müəllimi – Fərqanə Salamova

Musiqi – Xalq artisti Aqşin Əlizadə

Səhnə döyüşləri – Sahib Novruzov

Rollarda:

Əməkdar artistlər — Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi)

Aktyorlar — Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay) və b.

Azərbaycan xalqının Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edən tamaşa maraqla qarşılanıb.

Foyedə tamaşaçılar Şəki teatrı tərəfindən təşkil edilən Bəxtiyar Vahabzadənin fotoları və kitablarından ibarət sərgi ilə də tanış olublar.

 

Baxış sayı: 29