XƏBƏRLƏR
MƏLUMAT
Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/12/2025 15:27

29-30 noyabr tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcədə dram dərnəklərinin işinin dahada səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır.

Nümayiş olunan tamaşalar münsiflər heyəti tərəfindən rejissor işi, musiqi tərtibatı, bədii tərtibat, aktyor oyunu kriteriyaları üzrə dəyərləndirilərək qiymətləndirilib.

Baxış sayı: 16