XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimli Ucarda vətəndaşları qəbul edəcək
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2025 14:52

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il dekabrın 19-da, saat 10:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153) Ucar, Zərdab, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2025-ci il dekabrın 15-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Baxış sayı: 21