XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
03/12/2025 11:43

Milli Kitabxanada sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının müdafiəsinin təbliği məqsədilə “3 Dekabr - Beynəlxalq Əlillər Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, reabilitasiyası və sosial müdafiəsi, əlilliyin qarşısının alınması, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının məşğulluğu və digər mövzulara dair dövri mətbuatda dərc olunmuş məqalələr, monoqrafiyalar, qanunvericilik aktları, Azərbaycan və xarici dillərdə nəşrlər, həmçinin fotomateriallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Baxış sayı: 2