XƏBƏRLƏR
MƏLUMAT
Türkiyə Kino Günlərinin rəsmi açılışı “Baku Cinema Breeze” çərçivəsində baş tutdu
ÜMÜMİ XƏBƏRLƏR
08/12/2025 09:34

7 dekabr tarixində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində keçirilən “Baku Cinema Breeze” proqramı daxilində Türkiyə Kino Günlərinin açılış mərasimi təşkil olundu.

Tədbir “Park Cinema Flame Towers IMAX” zalında dövlət rəsmilərini, kino ictimaiyyətinin nümayəndələrini, media təmsilçilərini və kinosevərləri bir araya gətirdi.

Açılış mərasimində ARKA-nın baş direktorunun müavini Qurban Primov, Türkiyə Kino Baş İdarəsinin rəhbəri Birol Güven çıxış edərək Azərbaycan–Türkiyə mədəni əlaqələrinin, xüsusilə kino sahəsində əməkdaşlığın strateji əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, bu cür təşəbbüslər gələcək ortaq film layihələri üçün möhkəm zəmin yaradır.

Daha sonra səhnəyə “Hər şeyin səbəbkarı Merkuri” filminin baş rol ifaçısı, tanınmış aktrisa Sinem Kobal dəvət olundu.

Aktrisa Bakıda olmaqdan və belə mötəbər festivalda iştirak etməkdən duyduğu məmnuniyyəti ifadə etdi. Onun tamaşaçılarla səmimi ünsiyyəti tədbirə xüsusi emosional ab-hava qatdı.

Baxış sayı: 46