YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində çilili rejissor Tomas Velsin animasiya filmləri nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Çilinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əvvəlində YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin direktoru Rəşad Cəfərov qonaqları salamlayaraq, mərkəzin missiyası və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, həyata keçirilən layihələr və təşəbbüslər haqqında danışıb, həmçinin YARADICI-nın yaradıcı gənclərə və geniş auditoriyaya açdığı imkanlar barədə söz açıb.
Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Salasar Alvares çıxışında Yaradıcılıq Mərkəzinin açıq fəaliyyət prinsipini yüksək qiymətləndirdiyini bildirib və Çili ilə yeni mədəni mübadilə mərhələsinə başlanması üçün yaradılan şəraitə görə rəhbərliyə təşəkkür edib.
Öz ölkəsi haqqında danışan diplomat Çilini şimal səhrasından Skandinaviya mənzərələrini xatırladan cənub bölgələrinədək uzanan, təxminən 4 min kilometrlik kontrastlar ölkəsi kimi səciyyələndirib. O qeyd edib ki, bu təbii rəngarənglik ölkə daxilində müxtəlif mədəni kodlar formalaşdırır və bu xüsusiyyəti ilə Çili zəngin və çoxqatlı irsə malik Azərbaycana bənzəyir.
Diplomat kinematoqrafiyanın mədəni identikliyin mühüm ifadəsi baxımından əhəmiyyətinə toxunub. O bildirib ki, XX əsrin əvvəllərindən inkişaf edən Çili kino sənayesi bu gün həm tarix və ənənələri qoruyur, həm də sosial və miqrasiya mövzularını gündəmə gətirir. Çili kinomatoqrafiyası artıq beynəlxalq aləmdə də tanınıb. 2016-cı ildə Çili istehsalı olan qısametrajlı animasiya filmi “Oskar” mükafatını qazanıb, 2018-ci ildə isə “Fantastik qadın” filmi ölkəyə ikinci “Oskar”ı gətirib.
Daha sonra bu tədbir üçün xüsusi hazırlanmış çilili kinorejissor Tomas Vels haqqında qısa videoçarx nümayiş etdirilib. Tədbirə onlayn formatda qoşulan Vels yaradıcılığı haqqında danışıb, iştirakçılarla fikir mübadiləsi aparıb və sualları cavablandırıb.
Sonda tamaşaçılara “Pasta”, “Verde que te quiero” və “Magic Dream” animasiya filmlərindən ibarət proqram təqdim olunub.
Tomas Vels animator, vizualist rəssam və pedaqoqdur. Onun animasiya filmoqrafiyası insan təbiətinə tənqidi baxışı, qaranlıq yumoru və rəngdən orijinal istifadəsi ilə seçilir. Filmləri dünyanın müxtəlif ölkələrində mükafatlar qazanıb və Tuluza, Biarrits, Amyen, Zaqreb, Friburq, Monterrey, Huskar, Palm-Sprinqs, Çikaqo, Los-Anceles, Roma, Kartaxena, Havana, Rio-de-Janeyro, Qvadalaxara kimi festivallarda və digər nüfuzlu platformalarda nümayiş etdirilib.
2007-ci ildə rejissor “Pasta” animasiya filmi ilə Çili Milli Mədəniyyət və İncəsənət Şurasının ilin ən yaxşı animasiyası üzrə Pedro Sienna mükafatına layiq görülüb.


- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib