26 Noyabr - Azərbaycan Kəlağayı Günü münasibətilə Mədəniyyət Nazirliyinin dəstəyi, “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı ev muzeyi”nin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Kəlağayı bayramı” keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı ev muzeyi”nin direktoru Güllü Eldar Tomarlı milli-mədəni irsimizin təbliğindən geniş söz açıb, ilin müxtəlif dövrlərində məclisin təşkilatçılığı ilə ölkənin bir çox rayonlarında, eləcə də ölkə xaricində keçirilən tədbirlər, sərgilər və festivallar haqqında məlumat verib. O, kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsinin bu sənətin beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfə verdiyini qeyd edib.
Bayram proqramı “Kəlağayı ev muzeyi”nin qədim və müasir kəlağayı nümunələrindən, Güllü Eldar Tomarlının əl işlərindən, rəssam Gülnarə Məmmədovanın rəsm əsərlərindən, keçmişdən bu günə yol gələn milli dəyərlərimiz: sandıq, səhəng, cəhrə, nəhrə kimi məişət əşyalarının sərgisi ilə açılıb.
Sərgidə həm ənənəvi ipəkçilik məktəbinə aid nümunələr, həm də müasir kəlağayı sənətinin yeni üslubları nümayiş olunub. Sərgidə toxuculuq ənənəsinin canlı nümayişi – cəhrə vasitəsilə yun, pambıq və ipək liflərin burularaq ipə çevrilməsi tamaşaçılar tərəfindən böyük maraqla izlənilib. Bu təqdimat xalq sənətinin unudulmaqda olan incəliklərinin yenidən yaddaşlara qaytarılması baxımından xüsusi önəm daşıyır.
Tədbir çərçivəsində Güllü Eldar Tomarlının "Kəlağayı bayramı" və Brilyant Atəşin "Keçmişdən gələn yol" kəlağayı kitablarının təqdimatı keçirilib və gələn qonaqlara hədiyyə edilib.
Daha sonra Mədəniyyət Nazirliyinin nümayəndəsi Heydər Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək kəlağayının milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissəsi olduğunu vurğulayıblar.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, şəhid Rəşad Quliyevin anası Mətanət xanım, itkin şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, eləcə də qazi Taleh Əliyev milli dəyərlərimizin və mədəniyyətimizin mühüm qollarından birini təşkil edən kəlağayının təbliğatı və təqdimatının keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, belə layihələr milli-mənəvi dəyərlərimizin yaşadılması, gələcək nəsillərə ötürülməsi və kəlağayı kimi mədəni irs nümunələrimizin cəmiyyətdə daha geniş tanıdılması baxımından mühüm rol oynayır.
Tədbir bədii hissə ilə davam edib.







- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub