XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunan "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2025 10:08

Noyabrın 26-da Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunan "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl görkəmli sənətkarın həyat və sənət yoluna nəzər salınıb.

MədəniyyətnaziriAdilKərimliAmaliyaPənahovanınzənginyaradıcılıqirsindən, Azərbaycanmədəniyyətinə, teatrvə kinosənətinə bəxş etdiyiböyüktöhfələrdənsözaçıb. Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Bakı Bələdiyyə Teatrının baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov böyük sənətkar haqqında xatirələrini bölüşüblər. Daha sonra tamaşa nümayiş olunub. Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır.

Səhnə əsərində XalqartistləriMəleykə Əsədova (XurşidbanuNatəvan), KazımAbdullayev (Canişin), əməkdarartistAnarHeybətov (KnyazXasay), əməkdarartistElşənCəbrayılov (SeyidHüseyn), aktyorElçin Əfəndi (Hidayətxan), xalqartistiRafiq Əzimov (Mirzə Ruhullah), əməkdarartistElnarQarayev (Mamayı), aktyorVüsalMustafayev (Zahirbəy), xalqartistiHacı İsmayılov (QocaKnyaz), aktyorlarRamin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), əməkdarartistMirzə Ağabəyli (Korkamançaçı), əməkdarartistKazımHəsənquliyev (Məliküldövlə), aktyorlarCavidanNovruz (Nəvvab), MəhsətiTahirzadə (Təhminə), RüstəmRüstəmov (Şahmar), əməkdarartistlər ƏlvidaCəfərov (Möhnət), AyşadMəmmədov (Qalarəisi), ElşənRüstəmov (Şahzadə), aktyorTural İbrahimov (Mixaylov), Firuzə Balayeva, ElsevərRəhimov, ElçinNurəliyev, NəzrinAbdullayeva (Kültəvisəhnə) iştirakedirlər.

Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir.

Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.

 

Baxış sayı: 36