XƏBƏRLƏR
MƏLUMAT
“Aktau – 2025 Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/12/2025 09:28

Qazaxıstan Respublikasının Aktau şəhərində TÜRKSOY-un Daimi Şurasının növbəti iclası, həmçinin “Aktau – 2025 Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

Tədbirlərdə TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri, türkdilli dövlətlərin beynəlxalq təşkilatlarının rəhbərləri, şəhər meriyasının nümayəndələri, diplomatlar və media təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini Daimi Şuranın iclasında nazir müavini Murad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclas zamanı TÜRKSOY-un 2026-cı il üzrə Fəaliyyət Planı təsdiqlənib, Özbəkistan Respublikasının Əndican şəhəri isə 2026-cı il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub.

Tədbirin sonunda TÜRKSOY-a üzv dövlətlərin yaradıcı kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.

 

Baxış sayı: 10