XƏBƏRLƏR
MƏLUMAT
Laçın – MDB-nin Mədəniyyət Paytaxtı 2025 rəsmən başa çatdı!
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2025 09:39

Noyabrın 30-da Laçında möhtəşəm bağlanış mərasimi keçirildi. Dövlət Himni səsləndi, şəhidlərimiz ehtiramla yad olundu. Ardınca “Laçın: mədəni nəticələr – 2025” videoçarxı təqdim olundu.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB Ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun icraçı direktoru Tahir İksanov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu və mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək Laçının il ərzində təşkil etdiyi beynəlxalq layihələrin mədəni əməkdaşlığa verdiyi böyük töhfəni vurğuladılar.

Daha sonra Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistandan sənətçilərin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olundu. Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları isə tamaşaçılardan xüsusi alqış aldı.

Sonda xatirə fotoları çəkildi və beləliklə, Laçın öz “mədəniyyət paytaxtı” missiyasını uğurla başa vurdu.

Baxış sayı: 28