Pəri qalası — Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində yerləşən qədim qaladır. Qalanın ilkin görünüşü saxlanılaraq, dövrümüzə qədər gəlib çata bilib.
Strateji baxımdan çox mükəmməl yerdə tikilmiş qalaya yalnız sıldırım qaya yolları ilə getmək mümkündür. Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə inşa edildiyini güman edirlər.
“Qala” dedikdə ilk olaraq təsəvvürümüzdə dörd tərəfdən qala divarları ilə əhatə olunmuş qəsr canlanır. Lakin Pəri qalası tamam başqa memarlıq üslubuna malikdir. Bu qalanı eramızın 4-cü əsrində qaya daşlarını çaparaq tikmişlər. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr vardır. Qala elə bir mövqedə yerləşmişdir ki, əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən getmədən aşağı endirməzdilər. Əfsanəyə görə qalanın adı da elə bununla bağlı olmuşdur: elin pərilərini - qızlarını qoruyan qala - Pəri qalası.
Pəri qalası ilə əlaqədar bir çox əfsanələr var. Başqa əfsanədə isə qeyd olunur ki, Teymurləng 14-cü əsrin axırlarında bu əraziyə hücum edəndə ona qalanın alınmaz olması haqqında məlumat verirlər. Qalaya isə Pəri adlı qızın başçılıq etdiyi bildirilib. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini və həmin qadını da özünün xanımı edəcəyini elan edir. Qalaya hücum zamanı Pəri ələ keçəcəyini gördükdə özünü qayadan atır. Elə o zamandan da qala Pəri qalası adı ilə tanınır.Müasir dövrdə də Pəri qalası yerli əhalinin ən çox fəxr etdiyi tarixi abidədir. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr də vardır.
Ümumiyyətlə, tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkiblər. Azərbaycanın müxtəlif bölgələrində də müdafiə məqsədilə tikilmiş sədlərə - istehkam qalalarına və ya onların qalıqlarına rast gəlmək olar. Dağ və ya qaya zirvələrində yerləşən bu qalalar düşməni uzaqdan görə bilmək üçün inşa edilirdi. Şəhərə gələn yolları nəzarətdə saxlamaq və düşmən həmlələrini dəf etmək üçün qala divarları üzərində bürclər tikilirdi. Qalanın giriş qapıları daim keşikçilər tərəfindən qorunurdu. Azərbaycanda yalnız dağlıq ərazilərdə deyil, həm də dənizə yaxın yerlərdə tikilmiş qalalar var. Belə qalalara misal olaraq 12-14-cü əsrlərdə Abşeronun kəndlərində tikilən Mərdəkan qalasını, Nardaran qalasını, Şağan qalasını, 16-cı əsrə aid Ramana qalasını göstərmək olar.
Bu qalalar Xəzər dənizi tərəfdən hücumların qarşısını almaq üçün tikilirdi. Vaxtilə Bakı yaxınlığında Bayıl qalası da mövcud olub. Lakin dəniz səviyyəsinin qalxması ilə əlaqədar bu qala suyun altında qalıb.Əsrlər boyu bir çox yadelli basqınlarına sinə gərən qalalar tariximizin gözəl yadigarları, qeyrət, namus, azadlıq, əbədiyyət rəmzidir.



- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə