XƏBƏRLƏR
MƏLUMAT
“Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/07/2025 10:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Xətai rayon İcra Hakimiyyətinin, Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib.

Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə rəsmilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, Heydər Əliyev adına Hərbi İnstitutun kursant və zabitləri, rayon sakinləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarından deportasiyaya, etnik təmizləməyə məruz qaldıqlarını qeyd ediblər. Tezliklə Qərbi Azərbaycan niskilinə son qoyulacağına, hər bir azərbaycanlının həmin tarixi torpaqlarda gəzmək, yaşamaq hüququ əldə edəcəyinə inandıqlarını diqqətə çatdırıblar.

Sonra tədbir bədii hissə ilə davam edib. Tanınmış incəsənət xadimləri öz ifaları ilə qonaqlar qarşısında çıxış ediblər.

Tədbir çərçivəsində Qərbi Azərbaycan mədəniyyətini əks etdirən xalça və kəlağayılar , Qərbi Azərbaycan mətbəxinə məxsus şirniyyatlar sərgilənib.

 

Baxış sayı: 59