XƏBƏRLƏR
MƏLUMAT
Tariximiz, dəyərimiz olan- Koroğlu qalası
ÜMÜMİ XƏBƏRLƏR
31/10/2019 00:50

Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara Türkiyə, Orta Asiya, Cənubi Azərbaycan və Cənubi Qafqazda, o cümlədən respublikamızın Şəmkir, Gədəbəy, Tovuz və s. rayonlarının ərazilərində rast gəlmək olar. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir.

Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşən qala yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib.

Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri arasında sıldırım qayalığın zirvəsində yerləşir. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir. Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan olduqca əlverişli yerdədir. Qalanın qərb tərəfi sıldırım qayalıqdır. Qala divarlarının eni 1 metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar.

Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasında bunlarla bağlı müxtəlif əfsanələr mövcuddur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri namizədi Nadir Məmmədovun 1993-cü ildə çapdan çıxmış "Azərbaycanın yer adları" adlı kitabında bununla əlaqədar çox maraqlı məlumatlar verilib. Qala yüksək dağlıq ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.

Baxış sayı: 73040