
Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olub.
Araz Dadaşzadə 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin tarix fakültəsində davam etdirib və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirib. O, 1957-1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləyib.
1960-1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub. O, 1963-1966-cı illərdə burada kiçik elmi işçi, 1968-1976-cı illərdə isə İnstitutun Orta əsrlər şöbəsinin baş elmi işçisi olub.
Araz Dadaşzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet Ensiklopediyasının nəşrə hazırlanması və nəşri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və incəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini işləyib.
Tədqiqatçı alim dövri və xüsusi nəşrlərdə onlarala tənqidi və elmi məqalələrini müntəzəm surətdə çap etdirib. O, ədəbiyyat və kino ilə yanaşı, teatr, musiqi, təsviri sənət və digər sahələrlə əlaqədar məqalə və rəylərin müəllifidir. A.Dadaşzadə gənclik illərində hekayələr də yazmış və onların bir qismi “Azərbaycan”, “Kirpi” və bir sıra digər nəşrlərdə çap olunub.
Araz Dadaşzadənin elmi fəaliyyəti XVIII əsr Azərbaycan poeziyası və xüsusi olaraq M.P.Vaqifin həyat və yaradıcılığı ilə bağlıdır.
O, 1964-cü ildə “M.P.Vaqifin yaradıcılığı” mövzusunda namizədlik, 1977-ci ildə isə “XVIII əsr Azərbaycan lirikası (ideya-tematik və sənətkarlıq xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. A.Dadaşzadənin XVIII əsr Azərbaycan ədəbiyyatının tədqiqində böyük xidmətləri vardır.
Alim “Molla Pənah Vaqif (həyat və yaradıcılığı)” (1966), “Певец жизни (Vaqif haqqında düşüncələr)” (1968), “XVIII əsr Azərbaycan lirikası” (1980), “Поэзия добра и красоты” (1986) kitablarının müəllifidir. Onun 1968-ci ildə M.P.Vaqifin anadan olmasının 250 illiyi ilə əlaqədar yazdığı “Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk)” kitabçası Azərbaycan, ingilis, fransız, türk, ərəb, fars, rus dillərində çap edilib.
Moskvada çıxan “Вопросы литературы” jurnalı (1967, № 7) A.Dadaşzadənin “Molla Pənah Vaqif (həyat və yaradıcılığı)” əsərini belə qiymətləndirmişdir: “Monoqrafiya Vaqif poeziyasının mürəkkəb problemlərinin işıqlandırılması, onun Azərbaycan ədəbiyyatı tarixində elmi cəhətdən obyektiv qiymətinin müəyyənləşdirilməsi baxımından böyük maraq doğurur. Şübhəsiz, bu vaxtadək Vaqifin yaradıcılığını ehtiva edən belə sanballı əsər yazılmayıb”.
Filologiya elmləri doktoru Cavanşir Yusifli alimin tədqiqatlarının məziyyətləri haqqında yazır: “Araz Dadaşzadənin təhlillərində poetik sistem -Vaqifin, yaxud XVIII əsrdə yazıb-yaratmış bir şairin poetikası elə bir mövqedən təhlil edilir ki, hər bir sözün, ifadə və deyimin ümumi kontekstdəki "tarixçəsi", dolayısı ilə ədəbi prosesin "kardioqramması" həqiqətə yaxın bir durumda ortaya çıxır. A.Dadaşzadənin elmi təfsirində "metafora boşluqları" yoxdur, yəni tədqiqatçı ciddiliyi bir an belə əldən vermir, müəyyən konsepsiyanın sahibi kimi əda göstərmir, sadəcə məlum fikirlərin sırasında özünü ifadə edir”.
Araz Dadaşzadə “Böyük türkmən şairi Məxdumqulu” (1960), “Aşıq Qurbani, 55 şeir” (1972), “Aşıq Abbas Tufarqanlı, 72 şeir” (1973) və digər kitabların ön söz müəllifi və tərtibçisidir. Onun “Historie de la litte’rature azerbaidjanaise” (“Azərbaycan ədəbiyyatının tarixi”) məqaləsi M.Quluzadə ilə birlikdə) Parisdə “Bedi Kartlisa, revue de kartvelogie” jurnalının bir neçə nömrəsində (1971-1974-cü illər) çap olunub.
O, “Sovet Şərqi xalqlarının ədəbiyyatlarında realizm problemləri” ümumittifaq müşavirəsində (Bakı, 1972), Azərbaycan yazıçılarının qurultaylarında və digər elmi-ədəbi tədbirlərdə dəfələrlə problem məruzələrlə çıxış edib.
Araz Dadaşzadə “Odlar yurdu” bədii filminin, diafilm və sənədli filmlərin ssenari müəllifidir. Onun ssenari müəllifi olduğu “Tülküyə uyduqda” kukla multfilmi (1972, rejissor: M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.
Ədəbiyyatşünas alim Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Azərbaycan ədəbiyyatı teleantologiyası”, “Sovet poeziyasının teleantologiyası” və digər verilişlərin aparıcısı olub. Onun televiziya və radio verilişlərində çıxışlarının, habelə “Salman Mümtaz” məqaləsinin (“Fikrin karvanı” kitabı, “Yazıçı” nəşriyyatı, 1984) repressiyalar qurbanı, görkəmli ədəbiyyatşünas Salman Mümtazın ictimaiyyətə tanıtdırılması işində rolu az olmayıb.
Araz Dadaşzadə, R.Taqorun “Bağban” əsərini (1961, Anarla birlikdə) və S.A.Tolstayanın “Mənim həyatım” kitabını (1981) Azərbaycan dilinə tərcümə edib.
Araz Dadaşzadənin “Yaramazlığı sarsıdan gülüş” adlı son məqaləsi Sabit Rəhmanın yaradıcılığına həsr edilib və 1990-cı ilin noyabrında, yəni müəllif artıq vəfat etdikdən sonra “Bakinski raboçi” qəzetində çap olunub.
Araz Dadaşzadə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin və elmi-redaksiya şurasının (1976-1990), Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının (1976-1990), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin (1977-1982) üzvü olub.
1989-cu ildə Araz Dadaşzadəyə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı verilib.
Araz Dadaşzadə 1990-cı il noyabrın 2-də vəfat edib və Bakıda, ikinci Fəxri Xiyabanda dəfn olunub.
Övladları – oğlu Aqşin Dadaşzadə (1960) filologiya üzrə fəlsəfə doktoru, qızı Zümrüd Dadaşzadə (1962) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimidir.
- 09:39 İlk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
- 09:29 Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib
- 09:20 Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
- 09:16 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində silsilə tədbirlər keçirilir
- 17:12 Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub
- 17:10 Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinə alternativ qeydiyyat mərkəzləri haqqında məlumat
- 17:06 Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
- 16:55 "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə oxunub
- 16:44 “Ailə cəmiyyətin təməlidir" adlı tədbir keçirilib
- 14:10 Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
- 12:14 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 11:35 Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır
- 10:26 SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 103 ili tamam olur
- 10:13 “Muzeylər milli, mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib
- 10:03 "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib
- 09:52 "Hadrut, sən azadsan" filmi nümayiş olunub
- 09:24 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
- 09:20 “Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 09:14 Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
- 16:43 Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
- 16:18 “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir
- 14:31 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 10:55 Doqquzuncu “Muğam” Televiziya Müsabiqəsi başlayıb
- 09:33 İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 09:26 Filarmoniyada beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın solo konserti olub
- 09:25 “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb
- 17:13 Rəssam Soltan Soltanlının əsəri nüfuzlu karikatura festivalının finalında
- 15:47 "Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri" adlı mühazirə dinlənilib
- 14:16 “İRS” Azərbaycanı italyanca tanıtmağa davam edir
- 14:12 Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
- 11:47 Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar
- 11:28 Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:58 "Əbədi zirvə" adlı tədbir keçirilib
- 10:16 Tanınmış İtalyan pianoçu ilə ustad dərsi
- 09:45 Bu gün dramaturq Hikmət Ziyanın doğum günüdür
- 17:23 Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert keçirilib
- 17:11 Şüvəlan qəsəbə Mədəniyyət evində tədbir keçirilib
- 17:10 Azərbaycan mədəni irsi Aşqabadda beynəlxalq festivalda təqdim olunub
- 16:51 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 14:32 Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq
- 11:55 Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb
- 11:08 Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
- 10:51 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 10:49 SSRİ Xalq artisti Səid Rüstəmovun anadan olmasının 118 ili tamam olur
- 09:32 Azərbaycan Animasiya Assosiasiyası “Bum-Bum” adlı animasiya filminin istehsalına başlayır
- 09:23 Azərbaycanın Venesiyada ilk dəfə iştirak etdiyi Beynəlxalq Arxitektura Biennalesindən reportaj
- 23:00 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kölgənin əzəməti” adlı sərgi təqdim edilib
- 20:59 “Köhnə Bakının rənglənmiş inciləri” adlı sərgi nümayiş olunub
- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 21:11 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı konfrans keçirilib
- 20:54 “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
- 16:20 Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib
- 15:51 “Həyatla oyun” tamaşası nümayiş olunub
- 15:08 "Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
- 14:06 A.İ.Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:04 “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
- 12:52 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
- 11:22 Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
- 11:05 Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb
- 10:34 "102 ilin zirvəsi: Heydər Əliyev əmanəti və gələcək nəsillər" adlı dəyirmi masa keçirilib