Bu kökəni həm kartof, həm də ətli içlik ilə hazırlaya bilərsiniz. Aşağıda reseptdə hər ikisinin necə hazırlanması haqqında məlumat veririk. İstədiyiniz içliyi seçib, bu ləziz kökələri hazırlayın və ya hər içdən yarım porsiya bişirib, həm kartoflu, həm ətli kökədən zövq alın.
Ərzaqlar:
Xəmir Üçün
1 stəkan ilıq su
1 çay qaşığı toz maya
3 stəkan əla növ buğda unu
1 çay qaşığı duz
1 xörək qaşığı şəkər tozu
Yarım stəkan süd
1 yumurta və 1 yumurtanın ağı (sarısını üstü üçün ayırın)
Yarım stəkan duru yağ
İçlik üçün:
Kartoflu İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
4 ədəd orta boy kartof
1/3 stəkan xırda doğranmış şüyüd (və yaxud keşniş ya da cəfəri)
zövqə görə duz
zövqə görə istiot
Ətli İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
400 qram çəkilmiş mal əti
zövqə görə duz
zövqə görə istiot
Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı ilıq suda əridin. İri dərin qabda un, duz və şəkər tozunu qarışdırın. Üstünə mayalı suyu, südü, yumurta və duru yağı əlavə edib, əlinizlə yaxşıca qarışdırın, sonra isə təxminən 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir elastik və zərif olmalı, ələ yapışmamalı amma çox bərk də olmamalıdır. Xəmiri dərin qaba geri qoyub, üstünü örtün və 2 saat ərzində isti yerdə gəlməyini gözləyin.
Xəmir gəlməyə davam etdiyində, istədiyiniz içdən birini seçib hazırlayın.
Kartoflu içliyin hazırlanması: Kartofu suda bişirib, qabığını soyun və püre halına gələnədək əzin. Bir tavada yağı qızdırıb, soğanı bu yağda bir az rəngi dönənə kimi qızardın. Soğanı, göyərtini kartofa əlavə edin. Zövgə görə duz və istiot vurub, qarışdırın.
Ətli İçin hazırlanması: Tavada yağı qızdırın. Soğanı bu yağda yumşalanadək qızardın. Çəkilmiş əti əlavə edib soğanla bərabər, tez-tez qarışdıraraq qızardın. Zövgə görə duz və istiot vurub, qarışdırın. Bu qarışığı ət maşınından bir dəfə keçirin,bu, içliyin narın olması üçün edilir.
Xəmiri 22-25 kündəyə ayırın. Hər kündənin diametri təxminən 4 sm olmalıdır.
Kündələri bir-bir əlinizə götürün və təxminən 1 xörək qaşığı içlik qoyun, və dairənin kənarlarını bir yerə gətirərək, dairəni bağlayın.
Kökələri yağlanmış soba listinə aralı-aralı düzün və 15 dəqiqəliyinə kənara qoyun. Bu müddət ərzində kökələr bir az şişəcək. Sobanı 180-dərəcədə isidin.
Kökələrin səthinə yumurta sarısı sürtüb, sobada təxminən 25 dəqiqə ərzində üstləri qızaranadək bişirin.
Nuş Olsun!






- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə