XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz,Vətən bölünməz!” rubrikasında Qurbani Əlizadə
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2022 02:04

Qurbani Əlizadə 1992-ci il iyunun 10-da Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olub. 1999-2009-cu illərdə R. Əkbərov adına tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun çavuşu olan Qurbani Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurbani Əlizadə oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Qurbani Əlizadə ölümündən sonra "Vətən uğrunda", 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 111