XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz,Vətən bölünməz!” rubrikasında Müseyib Zeynalov
ÜMÜMİ XƏBƏRLƏR
27/01/2022 00:34

Müseyib Zeynalov 1978-ci il yanvarın 27-də Salyan şəhərində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Müseyib Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müseyib Zeynalov noyabrın 6-da Qubadlı döyüşləri zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Müseyib Zeynalov ölümündən sonra “Vətən uğrunda”, 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” və 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Müseyib Zeynalov “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Müseyib Zeynalova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.

Baxış sayı: 194