XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” rubrikasında Kamal Kamallı
ÜMÜMİ XƏBƏRLƏR
16/06/2023 00:50

Kamal Vilayət oğlu Kamallı 16 noyabr 1995-ci ildə Şəkidə anadan olub. 2002-ci ilin sentyabr ayının 1-də Əyyub Namazov adına Şəki rayon kəndində 1-ci sinifə gedib, 2013-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 2014-cü ildə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinə xidmətə yollanıb. Kamal Kəlbəcər uğrunda qəhrəmancasına döyüşlərdə yaxından iştirak edib.

O, 2021-ci il iyun ayının 16-da Laçın rayonu, Cicimli kəndində avtomobil qəzasına düşərək qəhrəmancasına şəhid olub. Qəbri Şəki kənd qəbiristanlığındadır. Adı əbədiləşdirilərək, kəndin girişində şəkli vurulub. Qeyd edək ki, Şəhid Kamal Kamallı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Baxış sayı: 194