XƏBƏRLƏR
MƏLUMAT
Şair, publisist, yazıçı Nəcibə İlkinlə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/12/2022 07:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Qonağımız var" layihəsi çərçivəsində A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış şair, publisist, yazıçı, AYB-nin və AJB-nin üzvü Nəcibə İlkinilə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə şair, AYB Uşaq Ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, yazıçı, alim Sadiq Qarayev, rəssam, şair Xalidə Hicran , qəzəlxan, şair, Mahirə Nəriman qızı, qəzəlxan şair Gülarə Munis, şair publisist Təranə Məmməd,   yazıçı, şair Südabə Sərvi,  şair Nazlı Hacılı, Birinci Qarabağ müharibəsinin iştirakçısı Nazilə İsmayılova, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Yasamal  rayon MKS-nin filial müdirləri, və digər qonaqlar iştirak ediblər.

Mədəniyyət Mərkəzin direktoru Ziyavər Əhmədova qonaqları salamlayaraq, tədbiri açıq elan edib və belə görüşlərin keçirilməsinin vacib olduğunu bildirib. Belə  görüşlər ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünya görüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir.

Sonra Nəcibə İlkin müasir ədəbiyyatımızın cari vəziyyəti ilə bağlı öz fikirlərini ifadə edərək,  qeyd edib ki, əldə olunan möhtəşəm Zəfər ədəbiyyatımıza yeni rəng, yeni çalarlar gətirib. Hər bir azərbaycanlı kimi yaradıcı adamlar da qələbəmizin qorunub saxlanılması və yeni nəsillərə çatdırılması üçün mübarizə aparmalıdır.

Tədbir zamanı Nəcibə İlkin iştirakçıların suallarını cavablandırıb və öz şeirlərini səsləndirib.

Sonda şairənin “Bütöv Azərbaycan” şerinə həsr olunmuş videoçarx nümayiş olunub.

Baxış sayı: 305