XƏBƏRLƏR
MƏLUMAT
Ramana qalası haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
08/09/2020 03:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tarixi abidələrimizdən olan Ramana qalası haqqında videoçarx hazırlayıb.

Ramana qalasının XIII-XIV əsrlərə aid olduğu qeyd edilsə də, abidənin dəqiq tarixi məlum deyil. Həmçinin, qalanın kim tərəfindən, nə üçün inşa edildiyi də bilinmir. Qalanın daş kitabəsinin itməsi onun haqqında məlumatlar əldə etməyi çətinləşdirib. Tikilinin XIII-XIV əsrlərə aid edilməsi təsadüfi deyil. Belə ki, həmin dövrdə Abşeronda silsilə qalalar ucaldılırdı. Buna Mərdəkan və Nardarandakı qalaları, eləcə də, Qız qalasını misal göstərmək olar.

Hündür qayanın üstündə tikilmiş bu möhtəşəm abidə bütün ətraf kəndlərdən görünür. Qala Abşeronun digər analoji tikintilərinə xas olan üslublar əsasında inşa edilib, lakin başqa qalalardan fərqli olaraq, bu qalanın həyəti və divarları planda uzunsov dördbucaqlıdır. Qala divarının tinlərində və şərqə baxan tərəfində, divarların ortasında qüllələr vardır. Qəsrin divarlarla birlikdə uzun tərəfinin ölçüsü 30 metrə yaxın, qısa tərəfi isə 20 metrdir. Divarların hündürlüyü 7,8, mərkəzi qüllənin hündürlüyü isə 18 metrdir.

Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.

Ramana qalası haqqında hazırlanmış videoçarxa aşağıdakı linklərdən istifadə edərək baxa bilərsiz:

https://youtu.be/4EuoExlknTY

https://www.instagram.com/tv/CEzG-OMhObo/?igshid=dwhggqx955ny

https://www.facebook.com/100008315450393/videos/2837157959904691/?extid=NceTWd68qbKGYpSB

Baxış sayı: 1774