XƏBƏRLƏR
MƏLUMAT
“Quxuroba” filmi xüsusi mükafata layiq görülüb
ÜMÜMİ XƏBƏRLƏR
29/09/2021 06:36

Azərbaycanlı rejissor Teymur Qəmbərovun “Quxuroba” filmi Bişkek şəhərində keçirilən MDB ölkələri gənc rejissorlarının IX “Umut” kinoforumunda mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, forum SSRİ Xalq artisti Bolot Şamşiyevin 80 illik yubileyinə həsr olunub. “İnsan. Tale. Həyat” devizi altında təşkil edilən kinoforumda “Quxuroba” filmi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

Qısametrajlı (21 dəqiqə) film Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edib. O, müdirindən vacib bir tapşırıq alıb. Nəyin bahasına olursa olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır. Yolda maşına gənc bir qadın minib. İki fərqli tale bir yolda kəsişib.

Baxış sayı: 89