XƏBƏRLƏR
MƏLUMAT
Gənc Tamaşaçılar Teatrında tanınmış yazıçı İlqar Fəhminin 50 illik yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/10/2025 14:12

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Əməkdar artist Nicat Kazımov yazıçını həyat və yaradıcılığından bəhs ediblər.

Daha sonra İlqar Fəhmi teatrın fəxri mükafatı ilə təltif olunub. Onun yubileyinə həsr olunan “Şah Abbas Namə” tamaşası nümayiş edilib.

Tamaşa yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanıb.

Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır.

Baxış sayı: 23