XƏBƏRLƏR
MƏLUMAT
"Qonağımız var" layihəsinin növbəti qonağı tanınmış teleaparıcı Humay Muxtarova olub
ÜMÜMİ XƏBƏRLƏR
25/07/2022 01:50

İyulun 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsinin növbəti qonağı teleaparıcı Humay Muxtarova olub.

Tədbiri giriş sözü ilə Sarayın təşkilatçısı Kübarə Rəcəbova açaraq teleaparıcını tamaşaçılara təqdim edib.

Qonaq, teleaparıcı Humay Muxtarova öztamaşaçıları ilə maraqlı söhbət edib, onların suallarını cavablandırıb.

Tədbirdə Mədəniyyət Sarayının "Lalələr" rəqs kollektivinin də çıxışları tədbirə xüsusi rəng qatıb.

Görüş hamı tərəfindən böyük maraqla qarşılanıb. Sonda teleaparıcı Humay Muxtarova ilə xatirə şəkili çəkilib.

 

Baxış sayı: 281