XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Kərim Əliyev
ÜMÜMİ XƏBƏRLƏR
31/08/2023 00:15

Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində anadan olub. 2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb. O, 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Kərim Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Subay idi.

Baxış sayı: 274